Icma.az
close
up
RU
Sürücü kurslarında tədris keyfiyyəti nə yerdədir? Təlimçi AÇIQLADI

Sürücü kurslarında tədris keyfiyyəti nə yerdədir? Təlimçi AÇIQLADI

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Son illər sürücülük vəsiqəsi almaq istəyənlərin sayı artsa da bir çox vətəndaş sürücü kurslarında keçirilən dərslərin keyfiyyətindən narazıdır. Təcrübə dərslərinin kifayət qədər olmaması, nəzəri biliklərin real yol şəraitinə uyğun şəkildə öyrədilməməsi və bəzi hallarda formal yanaşmalar bu narazılıqları daha da artırır. Bu isə gələcəkdə yollarda təhlükəsizliyin təmin olunmasına mənfi təsir göstərə bilər.

Bəs sürücü kurslarında tədris keyfiyyəti nə yerdədir?

Mövzu ilə bağlı təlimçi Arzu Babazadə Avtosfer.az-a açıqlamasında bildirib ki, çox təəssüf ki, Azərbaycanda sürücülük təhsilinin əsas hissəsində təlim, nəzəri dərslər onlayn və ya əyani şəkildə MMC-lərdə, ofislərdə keçirilir:

“Güclü müəllimlər az da olsa mövcuddur, lakin laboratoriyalar yoxdur. Nəticədə tələbələr maşını tanımır, texniki vəziyyəti barədə məlumatlı olmur. Bu isə ciddi problemdir.

Ən böyük çətinliklərdən biri isə sürmə təlimindədir. Təlim üçün ayrılmış ərazi demək olar ki, yoxdur. Hazırda ölkə üzrə yeganə təlim meydançası “BakuBus Trening Mərkəzi”dir və orada yalnız özləri dərs keçir, başqaları buraxılmır. Rəsmi təlim meydanı olmadığı üçün peşəkar təlimçilər – məsələn, Aqil Rəhimov və mən boş və əlverişli ərazilər taparaq ilk dərsləri qanunun 78-ci maddəsinə uyğun şəkildə burada keçir, tələbəyə ilkin vərdişlər qazandırdıqdan sonra şəhərə çıxarırıq. Amma digər təlimçilərin əksəriyyəti tələbələri ünvandan götürərək dərhal yollara çıxarır. Bu, təlim qaydalarının pozulmasıdır və 40 manat cərimə nəzərdə tutulur.

Bu qayda pozuntusu nəticəsində tələbə ilk dərsdən şəhərə çıxır, təhlükəli vəziyyətlərə düşür. Azərbaycanda təlim meydanı olmadığından peşəkar təlimçilər də çətinlik çəkir. Arzu edərdik ki, dövlət tərəfindən rəsmi təlim meydanı yaradılsın və bütün təlimçilər müəyyən ödəniş etməklə orada dərs keçsinlər. İlk dərslər tam olaraq həmin meydançada keçirilsin, tələbə on dərsi bitirmədən şəhər yollarına buraxılmasın. Bu, tələbənin artıq ilkin vərdişlərə yiyələndiyini göstərəcək”.

Təlimçi əlavə olaraq qeyd edib ki, hazırkı vəziyyətdə isə təlimin keyfiyyəti demək olar ki, sıfıra bərabərdir:

“Texniki təlimin səviyyəsi çox aşağıdır və bu, yol qəzalarının əsas səbəblərindən biridir. İki peşəkar təlimçi ilə bu sahəni inkişaf etdirmək mümkün deyil, xüsusilə də rəsmi təlim meydanı yoxdursa. Tələbələr dönmə radiusunu, avtomobilin dinamik koridorunu, müxtəlif bucaqlarda necə manevr etməyi, qaz və tormuzun düzgün istifadəsini bilmirlər.

Texniki laboratoriyaların olmaması səbəbindən tələbələr avtomobilin əyləc sistemi, mühərrik, sükan mexanizmi, sürətlər qutusu kimi əsas hissələrin necə işlədiyini öyrənmirlər. Bu isə gələcəkdə onların avtomobili düzgün idarə etməsinə mane olur.

Digər böyük problem təlimçilərin özlərinin də peşəkarlıq səviyyəsidir. Onlar sertifikasiyadan keçməli, imtahan verməli, sürücülük vəsiqələri, inzibati xətaları, cərimə balları yoxlanmalıdır. Təlimçi özü qayda pozursa – məsələn, qırmızı işıqdan keçir, əks istiqamətə çıxır, təhlükəsizlik kəmərini taxmır, mobil telefonla danışır və ya video çəkirsə, bu, həm tələbə, həm də digər sürücülər üçün təhlükə yaradır.

Qısası, təlim sahəsində mövcud vəziyyət utancvericidir və təcili şəkildə islahatlara ehtiyac var”.

Eltac Züflüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Avqust 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri