Sürücü yolda qorxulu anlar yaşatdı: Göz görə görə ölümə sürdü VİDEO YENİLƏNİB
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Qaradağ rayonunda, Lökbatan-Qobu yolunda avtomobili ilə təhlükəli manevr edən sürücü barədə qanuna müvafiq tədbir görüləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev məlumat verib.
O bildirib ki, BDYPİ tərəfindən sözügedən məsələ araşdırılır, sürücü barəsində qanuna müvafiq tədbir görüləcək.
***09:30
Ötmə qaydasını pozan sürücü ağlasığmaz hərəkət edib. Avtosfer.az xəbər verir ki, 99-ML-506 qeydiyyat nişanlı "Ford" markalı yük avtomobilinin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə edib. O, qarşıdan avtobus və digər nəqliyyat vasitələrinin gəldiyini görsə də, onların üzərinə sürüb. Qəzanın baş verəcəyini görən sürücülər mümkün qədər sağa manevr edərək təhlükədən yan keçməyə çalışıblar. Qaydaları pozan sürücü isə vecsiz şəkildə gəldiyi sürətlə yoluna davam edib.
Ümid edirik ki, Dövlət Yol Polisi həmin sürücü barəsində ciddi tədbirlər görülməsi istiqamətində addımlar atacaq.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 11 Avqust 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















