Icma.az
close
up
RU
Sürücülər təkmilləşdirmə təlimlərinə cəlb edilsin; Arzu Babazadə DİN ə MÜRACİƏT ETDİ VİDEO

Sürücülər təkmilləşdirmə təlimlərinə cəlb edilsin; Arzu Babazadə DİN ə MÜRACİƏT ETDİ VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.


Müzakirələr zamanı çıxış edən yol hərəkəti təhlükəsizliyi eksperti, təlimçi Arzu Babazadə qeyd edib ki, piyada və sürücü vəzifələrini təkcə məktəb və universitetlərdə deyil, elə ailə mühitindən başlayaraq təbliğ etmək lazımdır:
“Bundan əlavə, qanunu pozmayan heç bir vətəndaşı polisin çoxluğu narahat etməməlidir. Şəxsən məni bu hal heç narahat etmir.

Bugünkü tədbirdə mənim üçün xüsusilə öyrədici olan məqamlardan biri də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının çıxışları oldu. Onları böyük maraq və həvəslə dinlədim. Arzu edərdim ki, təlimçilər həmin təlimləri məcburi qaydada izləməyə cəlb olunsunlar və bu təlimlər mütəmadi, praktiki şəkildə həyata keçirilsin”. 
Arzu Babazadə qeyd edib ki, təlimçilərin özlərinin bu istiqamətdə maarifləndirilməsi daha sonra onların  tələbələrinə də yanğından mühafizə məsələsini öyrətmələrinə gətirib çıxaracaq: 
“Çünki sabah onlar sükan arxasına keçəcək. Təəssüf ki, bəzi sürücülər təkmilləşməyə açıq olmur. Lakin unutmamalıyıq ki, operativ nəqliyyat vasitələri saniyələrlə, bəzən hətta millisaniyələrlə yarışırlar və bu səbəbdən onlara maneə törədilməməlidir.
Təlim meydanlarımız yoxdur, olmalıdır. Biz bunu arzu edirik və buradan rəsmi şəkildə tələb edirik. Təlimçilərin özləri də təlimə ehtiyac duyurlar. Burada hazırda AAYDA-nın əməkdaşı iştirak etmir, lakin Rüslan bəyin iştirakını qeyd etməliyik. Təkmilləşmə təlimləri mütləq şəkildə keçirilməlidir. Hətta bu səbəbdən buradan Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndələrinə də müraciət edirəm”. 
Arzu Babazadə sonda onu da deyib ki, necə ki, moped sürənlər üçün xüsusi reydlər keçirilir, eynilə tədrisi keyfiyyətsiz və səhlənkar aparan təlimçilər üçün də ciddi nəzarət tədbirləri görülməlidir. Eyni zamanda bütün təlimçilər mütləq şəkildə sertifikasiyaya cəlb olunmalı və peşəkarlıq sertifikatları təsdiqlənməlidir.


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 İyul 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see313

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see273

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see257

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see255

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see250

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see242

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see227

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see221

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see219

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see219

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see218

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see218

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see217

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see208

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see207

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see205

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see204

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see200

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see194

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri