Sürücülər üçün vacib dəyişiklik İşıqforlara yeni işarə əlavə edildi
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Belçikada yeni yol hərəkəti qaydaları qüvvəyə minib. Yeniliklər arasında ən çox diqqət çəkən dəyişiklik "Yaşıl kvadrat" adlı yeni işıqfor sistemi olub.
"Yeni Sabah" xəbər verir ki, yeni sistem tətbiq olunan yol qovşaqlarında piyadalar və velosipedçilər bütün istiqamətlər üzrə eyni anda yaşıl işıq siqnalı alacaqlar.
Bu zaman bütün motorlu nəqliyyat vasitələri qırmızı işıqda dayanacaq. Piyadalar və velosipedçilər isə həm düz, həm də diaqonal istiqamətdə yolu təhlükəsiz şəkildə keçə biləcəklər. Pepperoni pizza
Səlahiyyətli qurumlar bildiriblər ki, əsas məqsəd sağa və ya sola dönən avtomobillərlə piyadalar və velosipedçilər arasında baş verən qəzaların qarşısını almaqdır.
Qeyd olunub ki, yeni sistem xüsusilə sıx şəhər yol qovşaqlarında təhlükəsizliyi artıracaq. Bundan əlavə, velosipedçilər istiqamətlərini dəyişmək üçün iki mərhələli hərəkət etmək əvəzinə bunu bir keçiddə həyata keçirə biləcəklər ki, bu da nəqliyyatın hərəkətini daha rahat edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 03 İyul 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















