Sürücülərin diqqətinə! Bakıda ilk dəfə bu svetaforlar quraşdırılır FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtda yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir. Bu istiqamətdə görülən işlər ictimai nəqliyyatı da əhatə edir.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Avtosfer.az-a bildirib ki, Mərkəz tərəfindən Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetoforun quraşdırılması nəzərdə tutulub.
İlkin mərhələdə svetoforun paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud olan “L” tipli dirəkdə yerləşdirilməsi planlaşdırılır. Layihəyə əsasən, həmin dirəkdə “T” formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi svetofor quraşdırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında həyata keçiriləcək layihənin əsas məqsədi avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.
Ömər Xıdırov onu da qeyd edib ki, layihənin ilkin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra bu növ svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanlarına baxılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 19 Noyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















