SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bu küçədə avtobus zolağının saatı dəyişdirildi
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda yol hərəkətinin təşkilində növbəti dəyişiklik edilib. Keçmiş "Karl Marks" dairəsindən (Süleyman Sani Axundov küçəsi) Ziya Bünyadov prospektinə çıxan yoldakı xüsusi zolağın fəaliyyət saatı uzadılıb.
“Yeni Sabah” xəbər verir ki, sözügedən ərazidə əvvəllər avtobus zolağının qüvvədə olma müddəti saat 17:00-dan 20:00-dək müəyyən olunmuşdusa, yeni qaydalara əsasən bu müddət saat 21:00-a qədər artırılıb.
Məsələ ilə bağlı tanınmış blogger Saleh Nəsirov sosial şəbəkə hesabında xəbərdarlıq paylaşımı edib. O bildirib ki, dəyişiklikdən xəbərsiz olan bir çox sürücü köhnə vərdişlə saat 20:00-dan sonra zolağa daxil olub. Blogger sürücüləri diqqətli olmağa və qayda pozuntusuna yol verərək cərimələnməmək üçün yeni nişanların tələblərinə riayət etməyə çağırıb. pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 18 Sentyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















