Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı şəhərində avtobusların qrafikə uyğun və gecikmədən hərəkətini təmin etmək məqsədilə Ziya Bünyadov prospektində avtobus zolağının qüvvədəolma müddəti artırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Belə ki, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində, metronun 20 Yanvar stansiyası istiqamətində avtobus zolağının axşam saatlarında fəaliyyət müddəti 1 saat artırılıb.
Əvvəllər avtobus zolağı 17:00-20:00 aralığında qüvvədə olub. Dəyişikliyə əsasən, bundan sonra zolaq 17:00-21:00 aralığında qüvvədə olacaq.
Sürücülərdən edilən dəyişikliyi nəzərə alaraq diqqətli olmaları xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Sentyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















