Icma.az
close
up
RU
Sürücülərin DİQQƏTİNƏ: Bunu etsəniz 600 manat məbləğində cərimə olunacaqsınız KONKRET

Sürücülərin DİQQƏTİNƏ: Bunu etsəniz 600 manat məbləğində cərimə olunacaqsınız KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən Bakıda taksi sürücüsünün törətdiyi qəza geniş müzakirələrə yol açıb. Bir çoxları sürücünün narkotik vasitə istifadəçisi olduğuna dair fikirlər səsləndirsələr də, bəziləri bunun əksini söyləyiblər və onu müdafiə ediblər. Ancaq fakt odur ki, son illər taksi sükanı arxasında əyləşənlərin böyük əksəriyyəti narkotik və spirtli içki asılılığından, digər pis vərdişlərdən əziyyət çəkirlər. Ona görə də, qəzaların sayı hər ötən gün daha da artır. Sözügedən hallar bu cür şəxslərin taksidən uzaqlaşdırılması məsələsini gündəmə gətirir. Bəs görəsən, taksilərdə narkomanların, spirtli içki qəbul edənlərin, yaxud keçmişdə cinayət törədən şəxslərin işləməməsi üçün hansı mexanizmlər tətbiq olunmalıdır? Bununla bağlı hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı vəkil Tağı Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, hansısa şəxs keçmişdə cinayət işləyib və cəzasını çəkibsə, cəmiyyətə normal vətəndaş kimi dönməlidir:

“Həmin şəxslərə heç kim qadağa qoya bilməz. Sükan arxasında sərxoş və yaxud da narkotikin təsiri altında olan taksi sürücüsü barədə isə Dövlət Yol Polisi protokol yazır. Həmin protokolu məhkəməyə göndərir. Fikrimcə, ölkədə bu kimi neqativ hallarla bağlı cəzalar sərtləşsə, cinayətlərin sayı azalacaq. Əgər azadlıqdan məhrumetmə cəzası olarsa, bu halda heç bir sürücü sərxoş halda və yaxud da narkotikin təsiri altında maşın idarə etməyəcək.“

Hüquqşünas qeyd edir ki, Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin bu kimi vasitələrdən istifadə edərək avtomobil sürməsinə görə, altı yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılma cəzası nəzərdə tutulur:

“Bir il müddətində eyni hal təkrarlanarsa, o zaman nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilir”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Aprel 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri