Icma.az
close
up
RU
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Taksilərdə post terminallar quraşdırılacaq KONKRET

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Taksilərdə post terminallar quraşdırılacaq KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Azərbaycanda taksilərdə bank kartı ilə ödəniş sisteminin qurulması artıq texniki baxımdan mümkün və əlçatan sayılır”.

Bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev KONKRET.az-a açıqlamasında səsləndirib:

Rauf Ağamirzəyev

“Müasir dövrdə mobil post terminallar geniş şəkildə mövcuddur və bu sistem taksilərdə də asanlıqla tətbiq oluna bilər”.

Ekspertin sözlərinə görə, bu tip terminallar həm fiziki cihaz formasında, həm də mobil tətbiqlər vasitəsilə fəaliyyət göstərir:

“Vətəndaş həm bank kartı, həm də mobil tətbiqlə rahat ödəniş edə bilər. Bu, artıq texnoloji problem deyil. Banklar mobil post-terminalları təqdim edir və sürücülər bu xidmətdən yararlana bilərlər.”

Rauf Ağamirzəyev qeyd edib ki, əsas məsələ sürücülərin bu sahəyə maraq göstərməsidir:

“Əgər sürücülər bu istiqamətdə təşəbbüs göstərsələr, çox rahat şəkildə yeni sistemə keçid mümkündür. Çünki həm dövlətin rəqəmsal ödəniş təşviqi var, həm də ictimai nəqliyyatda şəffaflığın artırılması baxımından bu vacib addımdır.

Mövcud bank kartı ilə tətbiq üzərindən ödəniş imkanı artıq mövcuddur. Bu praktika uzun müddətdir ki, tətbiqlərdə bank kartı vasitəsilə səfər qiymətinin avtomatik çıxılması formasında istifadə olunur. Eyni zamanda, fiziki olaraq kartla ödəniş, yəni post-terminal vasitəsilə, ödənişdə yaradılan imkanlar çərçivəsində həyata keçirilə bilər.”

Qeyd edək ki, hazırda bir çox ölkələrdə taksilərdə bank kartı ilə ödəniş geniş tətbiq olunur. Azərbaycanda da bu istiqamətdə tələbin artdığı müşahidə edilir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 İyul 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see269

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see248

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see240

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see227

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see225

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see222

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see219

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see217

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see217

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see209

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see207

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see201

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see201

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see199

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see195

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see191

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see188

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see187

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see186

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri