Sürücülərin nəzərinə! Tıxac var
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda tıxac olan yollar açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
4. Babək prospekti, mərkəz istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;
9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
10. Mikaylı Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
12. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
13. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər
15. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
16. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

