Icma.az
close
up
RU
Paşinyan Davosa niyə getmədi?

Paşinyan Davosa niyə getmədi?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Davos İqtisadi Forumu yanvarın 19-da öz işinə başlayacaq, müzakirə və görüşlər 4 gün davam edəcək. ABŞ Prezident Donald Tramp Davosa böyük heyətlə gedəcək.

Modern.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu bildirib ki, Davosda əsas siyasi mövzuların Ukrayna və Qrenlandiya olacağını proqnozlaşdırmaq mümkündür.

"Trampın bu mövzularda avropalılara deməyə sözü var. Qəzzada nisbi sakitilkdir, növbəti mərhələdə bölgənin idarəolunması və yenidən qurulması gəlir. Avropalılar bu mövzunu müzakirə etməyə həvəsli deyillər. Çünki, Qəzza mövzusuna Tramp nəzarət edir, onun bu məsələdə əsas tərəfdaşları isə Asiya ölkələridir. 

Tramp Davosda müxtəlif ölkə liderləri ilə görüşəcək, Ağ Ev sahibinin Davosa Forumuna qatılacaq Azərbaycan Prezidenti İlham Əliyevlə də təmas saxlayacağı ehtimalı var", - o qeyd edib.

Davos İqtisadi Forumuna Ermənistanın baş naziri Nikol Paşinyan qatılmayacaq.

"Adətən o mötəbər beynəlxalq tədbirlərdə iştirakdan imtina etmir. Halbuki, o Davosda Azərbaycanla sülh quruculuğunun genişlənməsi, o cümlədən ölkəsinin regional nəqliyyat layihələrinə qoşulmaq imkanları barədə fikirlərini geniş auditoriya ilə bölüşmək imkanı qazana bilərdi. Görünür, Paşinyanın bütün diqqəti bu ilin iyun ayında keçiriləcək parlament seçkilərinə yönəlib və o əsas vaxtını ölkə daxilində rəqbilərini necə zəiflətməyə həsr etməlidir. Paşinyanı Davosa səfərdən çəkindirən digər amillərdən biri forumda ötən illərdə olduğu kimi Rusiya mövzusunun müzakirəsi ola bilər. Davosdakı görüşlərdə və müzakirələrdə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi pislənilir. Paşinyan isə bu mövzuda danışmağa həvəsli deyil. Ötən il Paşinyan Davosda ona verilən “Ermənistan Avropa İttifaqı ilə Rusiya arasında seçimdə hansı tərəfə üstünlük verəcək” sualına cavab verməkdə çətinlik çəkmişdi. Görünür, o oxşar sualla üzləşmək istəmir. Davosda İrandakı gərgin vəziyyət də müzakirə oluna bilər ki, Paşinyan cənub qonşusunun ünvanına tənqidi fikir söyləmək istəmir", - politoloq bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Yanvar 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see581

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see352

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see349

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see324

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see286

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see267

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see239

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see212

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see212

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see205

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see198

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see196

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see194

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see190

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see185

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see184

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see179

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see176

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see173

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri