Şuşa alınan gün şəhid olan Zəfər ordenli kapitan: Yoldaşları dedi ki, o olmasaydı, biz yox idik
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Baku TV Vətən müharibəsi zamanı Şuşanın azad edildiyi gün şəhid olan Şamil Babayev haqqında reportaj hazırlayıb.
Şəhidin atası Baloğlan Babayev oğlunun vətənpərvərliyindən bəhs edərək qeyd edib ki, Şamilin hərbə böyük marağı olub.
"Döyüş yoldaşları oğlumun cəsurluğundan danışarkən deyirdilər ki, Şamil olmasaydı, bəlkə də biz yox idik.
33 nəfərə "Zəfər" ordeni vermişdilər. Onlardan biri də mənim oğlum idi", - deyə o söyləyib.
Şamil Babayevin oğlu Yusif Babayev isə atası şəhid olduğu üçün heç vaxt ağlamadığını, onunla qürur duyduğunu bildirib.
"Gecəni birlikdə yatdıq. Səhər duranda gördüm ki, atam yanımda yoxdur", - şəhidin oğlu atasının cəbhəyə yollanmasından danışarkən deyib.
Daha ətraflı videosüjetdə:
Şuşa alınan gün şəhid olan "Zəfər" ordenli kapitan: "Yoldaşları dedi ki, o olmasaydı, biz yox idik"
Şuşa alınan gün şəhid olan "Zəfər" ordenli kapitan: "Yoldaşları dedi ki, o olmasaydı, biz yox idik"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 08 Noyabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















