Icma.az
close
up
RU
Zəfər sevincini yaşamış şəhid

Zəfər sevincini yaşamış şəhid

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vətən müharibəsi şəhidi Elməddin Sübhi oğlu Əlizadənin ata yurdundayam. Bir vaxtlar qonaq qismində gedib gülərüzlə qarşılanan ünvana bu dəfə daha fərqli şəkildə üz tuturam. Sübhi ilə uşaqlıq dövrümüz bir yerdə keçdiyindən ata evinin hər daşı, hər qarışı mənə doğmadır.

Şəhidin babası Nəsrəddin müəllimin gözlərindəki kədər aydın hiss olunur. Uzun illər kənd orta məktəbində dərs deyib. El-obasının sayılıb-seçilən ziyalılarındandır. Kənd əhlinin xeyir-şərində həmişə öndə olub. Nəsrəddin müəllim övladlarına zəhmətlə halal çörək qazanmağı hər zaman aşılayıb. Evin böyük övladı Sübhi də elə uşaq vaxtlarından zəhmətə qatılıb. Kənd təsərrüfatı işləri ilə, əkin-biçinlə, heyvandarlıqla məşğul olub. Ailə qurduqdan sonra dünyaya göz açan övladlarını Sübhi də halal zəhmətlə böyüdüb. Vətəni necə sevməyi, qorumağı öyrədib.

İndi Sübhi Biləsuvarda Vətən uğrunda canlarından keçmiş yüzlərlə şəhid valideynlərindən biridir. Övlad itkisi ağır olsa da başıuca gəzir. “Mən də şəhid atasıyam”, - deyə söhbətə başlayır:

– Göründüyü kimi, istər ata yurdunda, istərsə də evimin hər qarışında Elməddinin xatirələri var. Danışmağa cəhd etsə də, kövrəlir, əlindəki qalın bir qovluğu səssiz qarşıma qoyur. Elməddinin uşaqlıqdan tutmuş son şəkilləri hamısı buradadır. Şəkillərə baxdıqca, babanın, ata-ananın bu beş ildə ağaran saçları ürək dağlayır.

Şəhidin anası Mehrac xanım titrəyən əlləri ilə bir şəkil tutub: “Bu mənim Elməddinlə sonuncu şəklimdir. Müharibəyə yola saldığım gün körpə bir uşaq kimi mənə sarıldı. Əlləri ilə göz yaşlarımı silərək, qəhrəman anaları ağlamaz, - dedi. Tezliklə elçi gedəcəksən. Hər şeyə hazır ol. Bir az aralanmışdı ki, dönüb geriyə xeyli baxdı. Ana ürəyi həssas olur. Qəribə bir hiss məni bürüdü. O gündən yuxum ərşə çəkildi. Tez-tez telefonla əlaqə saxlayırdı. Hər zəng edəndə mənimlə zarafatlaşırdı ki, ağlamayım. Çox zəhmətkeş uşaq idi. İnana bilməzdim ki, bir gün məni şəhid anası edəcək”.

Sübhi söhbətə qoşulur: “Sonuncu dəfə noyabrın 6-da danışdıq və dedi ki, salamatçılıqdı, özünüzdən muğayat olun. Anamı, qardaş və bacılarımı qoru. Elməddin 23 il ömür sürdü. Onun barəsində danışmağa çətinlik çəkirəm, mənim oğlum bir qəhrəmandır, onunla qürur duyuram. Beşinci ildir ki, şəkilləri və bizə yadigar qalan əşyaları ilə danışıram. Elməddinin mesajlarını, səsini, göndərdiyi videogörüntülərin hamısını saxlayıb, göz bəbəyi kimi qoruyuram. Çox vətənpərvər, qorxmaz, gülərüz, mehriban idi.

İlk gündən qələbə əzmi ilə döyüşlərə atılan kəşfiyyatçı əsgər yoldaşları ilə birgə həmlə zamanı onlarla düşmən pusqusunu məhv edib. Elməddinlə çiyin-çiyinə döyüşən dostları onun döyüş rəşadətindən danışdıqca, fəxr edirəm ki, belə qəhrəmanın atasıyam. Ötən 5 ildə dövlətimiz şəhid ailələrini diqqət mərkəzində saxlayır. Problemlərimizlə maraqlanır. Ünvanlarımız döyülür. Bir sözlə, bu cür münasibət bizi daha da ruhlandırır. Tədbirlərə dəvət olunuruq. Şəhid atası kimi iştirak edirik. Vətənimiz də sağ olsun, dövlətimiz də”.

2015-ci ilin aprel ayında Elməddin Əlizadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrı Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilib. Xidməti dövründə kəşfiyyatçı kimi xidmət keçib. Elməddin hərbi xidmətdə olarkən 2016-cı il Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak edib.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun rəhbərliyi ilə uğurlu döyüş əməliyyatlarının da iştirakçısı olub. Hərbi xidmətini başa vurduqdan sonra Elməddin hərbi geyimlər tikişi fabrikində işləməyə başlayıb.

Bu barədə babası Nəsrəddin müəllim danışır: “Elməddin sevimli nəvələrimdən biri idi. Orta məktəbdə də müəllimi olmuşam. Bir baba kimi onun haqqında danışmaq olduqca ağırdır. O ağrını bizə dövlətimiz, xalqımız unutdurdu. Üç min şəhiddən biridir Elməddin. Toy etmək üçün hərbi xidmətdən sonra işləməyə başladı. Aldığı məvacibdən ata-anasına da kömək edirdi. Günlərin bir günü mənə zəng etdi. Artıq Vətən müharibəsinin başladığı ilk günlər idi. Müharibəyə getmək istədiyini bildirdi. Sözsüz ki, etiraz etmədim. Əksinə, qürurlandım ki, səsi-sorağı cəbhədən gələcək.

Nəhayət, iş yerindən ayrılıb kəndə gəldi. Vətən müharibəsi zamanı qismən səfərbərlik elan edildikdən bir neçə gün sonra Elməddin müharibədə iştirak etmək üçün könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində qeydiyyatdan keçdi və müharibəyə yollandı. Yola salanda sevinə-sevinə getdi. Onun son görüşdə bizimlə sağollaşması, ayrılanda dönüb dəqiqələrlə bizə baxması gözlərimin önündən getmir.

Dövlətimizdən də çox razıyıq. Elməddin ölkə başçısı tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Elməddin kəşfiyyatçı kimi döyüşlərə Ağdam istiqamətində başlayır. Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə və Şuşa şəhərinin erməni separatçılarından təmizlənməsində də igidlik göstərir. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Noyabr ayının 8-də düşmənlə əlbəyaxa döyüşlərdə Elməddin yaralanır, buna baxmayaraq, yenidən döyüşür və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olur.

Şəhidin nəşi 9 noyabr 2020-ci ildə doğulduğu Biləsuvar rayonunun Zəhmətabad kəndində torpağa tapşırılır. Doğma kəndlərindəki yaşadığı küçəyə qəhrəmanımızın adı verilib. İndi bu ailədə daha bir Elməddin Əlizadə böyüyür. 2 yaşı olsa da, hər gün əmisinin şəkillərini qucaqlayır, bağrına basır. Sübhi də oğlunun ətrini adını daşıyan nəvədən alır.

Baba da, ata-ana da Elməddinin vətənin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalması ilə fəxr edirlər.

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see368

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see218

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see216

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see188

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see185

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see183

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see178

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see175

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see170

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see164

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see163

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see163

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see161

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see159

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see159

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see157

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see153

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see152

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see148

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri