Icma.az
close
up
RU
“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin milli gücünü daha da artırır” ŞƏRH EDİLDİ

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin milli gücünü daha da artırır” ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda tam yeni reallıq yarandı. Bu reallıq həm də qalib ölkə kimi Azərbaycanın strateji təhlükəsizlik tədbirləri görməsini şərtləndirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

O bildirib ki, 2021-ci il iyun ayının 15-də qardaş Türkiyə ilə birgə imzalanan tarixi Şuşa bəyannaməsi də yeni reallığın tərkib hissəsi idi: "Bu sənəd, təbii ki, ilk növbədə Azərbaycanla Türkiyə arasında münasibətlərdə mühüm dönüş nöqtəsi oldu. Bəyannamə həm ikitərəfli, həm regional münasibətləri, eyni zamanda Türk Dünyası ilə bağlı müddəaları özündə ehtiva edir. Tərəflər tarixi Qars müqaviləsi başda olmaqla bir çox strateji müqavilələrə istinad edərək yeni mərhələdə yeni əməkdaşlığın konturlarını müəyyən etdilər. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.”

Şuşa bəyannaməsi ilə Bakı-Ankara ikitərəfli münasibətlərin pik nöqtəsinə çatdı. İki qardaş ölkə regionun gələcəyi ilə bağlı baxışlarının eyni olduğunu təsdiqləmiş oldular. Bəyannamədə siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, enerji, humanitar, media çoxşaxəli əməkdaşlıq istiqamətləri əks olunub. Bununla iki qardaş ölkə siyasət, iqtisadiyyat, müdafiə sahələrində imkanlarını və potensialını birləşdirmiş oldu.
Sənəddə də qeyd olunduğu kimi, hərbi sahədə əməkdaşlıqda müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə birgə təlimlərin keçirilməsi, bununla da silahlı qüvvələrimizin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması nəzərdə tutulur. Hətta “Türkiyə və Azərbaycan digər dost dövlətlərin orduları ilə hərbi təlimlərin təşkilinə dəstək verəcək” ifadəsi də sənəddə yer alıb. Bu isə o deməkdir ki, Azərbaycan və Türkiyə hərbi əlaqələrin coğrafiyasını genişləndirirərək, bu əməkdaşlığı bütövlükdə türk dünyasına təsir edəcək səviyyəyə qaldırıb. Əsas məsələ isə ondan ibarətdir ki, bu hərbi əməkdaşlıqlar üçüncü ölkələrə qarşı yönəlməyib. Şuşa bəyannaməsi bu əməkdaşlığın heç bir halda aqressiv və destruktiv məqsəd daşımadığı mesajını verir. Amma burada bir həssas məqam var. Belə ki, bəyannaməyə əsasən, tərəflərdən birinə qarşı hər hansı təhdid və ya hücum zamanı iki ölkənin birlikdə çevik və qətiyyətlə hərəkətə keçməsi nəzərdə tutulur.

Ölkələrimiz müdafiə sənayesi sahəsində birgə istehsal və texnologiya mübadiləsinə xüsusi diqqət yetirir. İki ölkə arasında bu münasibət təkcə müharibə və ya təhlükə zamanı qurulmayıb. Sənəddə hər iki ölkənin təhlükəsizlik şuralarının heç bir təhdid olmasa belə, milli təhlükəsizliklə bağlı məsələlərə dair mütəmadi toplantılar keçirməsi, bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

Tarixi Şuşa Bəyannaməsi həm də beynəlxalq əhəmiyyət daşıyır. Belə ki, sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir".

Onun sözlərinə görə, qardaş ölkələr həmçinin informasiya cəbhəsində təcrübə mübadiləsini artıraraq, diplomatik səyləri birləşdirməkdədir: "Hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlıq bütün parametrlər üzrə inkişaf etdirilir. Birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələr genişləndirilir, strateji məsələlər üzrə birgə qərarlar qəbul edilir. Təsadüfi deyil ki, bəyannamənin imzalanmasından sonra Şuşada 15 iyun tarixində ənənəvi olaraq konfranslar təşkil olunur. Elə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü də 2024-cü ilin iyununda məhz Şuşada baş tutmuşdu.

Ümumiyyətlə, bu əməkdaşlığın yeni mərhələsi kontekstində Qarabağ vəı şərqi Zəngəzurun bərpasındaqardaş ölkənin iştirakını xüsusi qeyd etməliyik. Belə ki, Qarabağda aparılan bərpa-quruculuq işlərində türk şirkətləri fəal iştirak edir. Dövlət başçımızın da söylədiyi kimi, “bu gün biz bərpa edilən Qarabağ və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük." Təsadüfi deyil ki, azad olunmuş ərazilərdə inşa olunan 3 beynəlxalq hava limanının açışlış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Bir sözlə, Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə çox uğurlu əməkdaşlıq modeli təqdim edib. Bu uğurlu əməkdaşlıq ikitərəfli münasibətləri dərinləşdirməklə yanaşı bütövlükdə regionda və türk dünyası coğrafiyasında sabitlik və rifahı təmin etməkdədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri