Icma.az
close
up
RU
AP: İran dirçəlir

AP: İran dirçəlir

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin "The Associated Press" (AP) xəbər agentliyi peykdən çəkilmiş fotoların təhlilinə əsasən belə qənaətə gəlib. Hərçənd vurğulanıb ki, raket istehsalı üçün lazımi qatı yanacağı hazırlayan böyük qarışdırıcı qurğular fotolarda "gözə dəymir".
Agentliyə danışan mütəxəssislər diqqətə çatdırırlar ki, İsraillə yenidən müharibəyə girə biləcəyindən ehtiyatlanan İran üçün raket proqramının bərpası həyati əhəmiyyətə malikdir. Çünki Tehran müharibədə özünün hava hücumundan müdafiə sistemini itirdiyi üçün əsasən raket gücünə arxalanır.
"Cari ayın sonunda BMT səviyyəsində sanksiyaların qüvvəyə minəcəyi ehtimalı fonunda sözügedən qarışdırıcı qurğuları almaq hazırda İranın prioritetidir. Əlbəttə, mümkün sanksiyalar digər tədbirlərlə yanaşı raket proqramını da hədəfə alacaq", – mütəxəssislər bildirirlər.

(İranın raket istehsalı müəssisəsinin peykdən çəkilmiş fotosu – 1)
Məlumata əsasən, Tehran sözügedən qurğuları Çindən almağı planlaşdırır; bu baş verərsə, infrastruktur fəaliyyət göstərən hazır hala gələcək. Maraqlıdır ki, İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) missiyası ölkənin raket proqramını bərpası ilə əlaqədar AP-nin suallarını cavabsız qoyub.

(İranın raket istehsalı müəssisəsinin peykdən çəkilmiş fotosu – 2)
Xatırladaq ki, iyunun 13-də İsrail Hərbi Hava Qüvvələri İran ərazisindəki nüvə obyektlərinə aviazərbələr endirmiş, İranın cavab tədbirləri görməsi ilə iki ölkə arasında 12 günlük müharibə başlamışdı. ABŞ də İsrailə dəstək verərək hücumlara qoşulmuşdu. Nəticədə hər iki ölkənin ərazisində hədəfə alınan obyektlərdən əlavə bir çox mülki infrastruktura da ziyan dəymiş, yüzlərlə insan həyatını itirmişdi.
Makron iranlı həmkarı ilə görüşəcək
Ötən günlərdə BMT-nin Təhlükəsizlik Şurası Tehrana qarşı sanksiyaları qiymətləndirərək, bu sanksiyaların qüvvədə qalmasına qərar verib. Eyni zamanda, Avropa İttifaqı (Aİ) da İrana BMT səviyyəsində sanksiyaların bərpası məqsədilə 30 günlük prosesə başlayıb.
Digər tərəfdən, İran ABŞ, (Aİ) və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə nüvə problemi üzrə gərginlik fonunda BMT-nin Baş Assambleyasında öz mövqeyini "aydınlaşdırmağa" hazırlaşır. Sentyabrın 17-də İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi diqqətə çatdırıb ki, Tehran Baş Assambleyanın müvafiq sessiyasında Avropa İttifaqı ilə anlaşılmazlıqları aradan qaldırmaq naminə danışıqlar aparacaq. Bu və digər məsələlər üzrə İran Prezidenti Məsud Pezeşkiyanın bu gün BMT-nin Baş Assambleyasında çıxışı gözlənilir.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Sentyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri