Icma.az
close
up
RU
Şuşa Teatrında Ümid işığı ...

Şuşa Teatrında Ümid işığı ...

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Söhbət yazıçı-drammaturq, əməkdar jurnalist Zemfira Məhərrəmlinin bir hissəli lirik-psixoloji dramının tamaşasından gedir.

Əsəri Şuşa Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. Rejissor, əməkdar artist Nazir Rüstəmov özü həm də "Muxtar" rolunu oynayır.

Əsərdə iki gəncin saf sevgisi, bu sevginin qarşılaşdığı maneələr, sonda sönməyən ümid işığı haqda bəhs olunur. Sosial, mental fərqıərin insanların həyatına təsiri, sevgi dolu cavanların talelərində köhnə stereotiplərin və mühafizəkar düşüncə tərzinin dağıdıcı rolu obrazların verbal və bədən dili, simvolların, işarələrin köməyi ilə aydın, inandırıcı formada təsvir olunur.

Tamaşa Zemfira xanım Məhərrəmlinin 70 illik yubileyi şərəfinə hazırlanıb. Zemfira Məhərrəmli bu ilin dekabr ayında dünyaya gəlib. Rejissor Nazir Rüstəmov tamaşadan əvvəl öz çıxışında bu əsərlə Zemfira Məhərrəmlinin yubiley tədbirlərinə start verildiyini dedi.

Zemfira Məhərrəmli öz çıxışında həyat yoldaşı, professor Qulu Məhərrəmliyə öz təşəkkürünü bildirdi: "O, mənə yaradıcılıq üçün şərait yaratmasaydı, mən bu əsərləri yaza bilməzdim".

Müəllif tamaşaya gələn qonaqları salamladı. Qonaqlar arasında xeyli tanınmış şəxslər - elm, incəsənət, mədəniyyət xadimləri, yazıçılar, nüfuzlu ziyalılar da var idi. Onlardan yazıçı, drammaturq Seyran Səxavətin, şair Qulu Ağsəsin, Azərbaycan Jurnalistlər Birliyinin sədri, yazıçı-publisist Elçin Şıxlının, şair-publisist, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin, Akademik Dövlət Dram Teatrının bədii rəhbəri, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin, tanınmış müğənni, əməkdar artist Aybəniz Haşımovanın, yazıçı Azər Turanın, əməkdar jurnalist Əminə Yusifqızının və zair adlarını çəkmək olar.

Zemfira Məhərrəmli bu şəxsləri ayrıca salamladı. Daha sonra Mətbuat Şurasının sədri, Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, ədəbiyyatşünas Elnarə Akimova öz çıxışlarında Zemfira Məhərrəmlinin yaradıcılığından danışdılar, müəllifə, Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinə uğurlar arzuladılar.

Daha sonra Şuşa Teatrı aktyorlarının ifasında tamaşa oynanıldı. Yüksək səviyyəli bədii mətn də, usta rejissor işi də, mahir aktyor oyunu da tamaşaçılarda xoş ovqat yaratdı. Tamaşadan sonra yazıçı Seyran Səxavət təəsüratını bir cümlə ilə belə ifadə etdi: "Əyalət teatrı olasan və bu cür yüksək aktyor oyunu göstərəsən!"

Onu da deyək ki, tamaşanın primyerasını izləyənlərdən biri də yazıçı-publisist, əməkdar jurnalist, bizimyol.info saytının rəhbəri Bahəddin Həzi olub. O, əsər haqqında, tamaşanın səhnə quruluşu, aktyorların performansı haqqında çox yüksək fikirdədir.

S.Əhmədli, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 İyul 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri