Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı layihənin icrası tamamlanıb
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı növbəti layihəsini həyata keçirib.
"Cebheinfo.az" xəbər verir ki, təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, layihənin əsas ideyasına uyğun olaraq Şuşanın görkəmli şəxsiyyətlərindən olan şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvab və İkinci Dünya müharibəsi iştirakçısı general mayor Yaqub Allahqulu oğlu Quliyev haqqında sənədli video çarxlar hazırlanmışdır.
Layihə çərçivəsində hazırlanan video çarxlar əsasən sosial şəbəkələrdə və digər internet resurslarında geniş yayılaraq təbliğ olunacaqdır. Məqsəd görkəmli insanlarımızı gənc nəslin və geniş ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 29 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















