Qərbi Azərbaycanın sənət nümunələri adlı layihənin icrası uğurla davam edir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 8 iyul, AZƏRTAC
“Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi və Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşən "Qərbi Azərbaycanın sənət nümunələri" adlı layihənin icrası uğurla davam edir.
Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib.
Təşkilat Azərbaycan Dövlət Pedaqoji Universiteti və orada fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkil etdiyi konfrans və sərgi, İstanbulda keçirilən 28-ci Avrasiya İqtisadi Zirvəsi, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 40 illik yubiley tədbirləri, eləcə də “Sərdarlılar” ailəsinin yaratdığı Sərdar Sandıq Ocağında keçirilən “Türk dünyasının ortaq dəyərləri – mədəni irs nümunələrimiz” adlı sərgi və konfranslarda təmsil olunub.
Həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda brifinq çərçivəsində “Urudum”, “Göyçəm”, “Dərələyəzim”, “Sonuncu Xan”, “İrəvanım”, “İpək Yolu” və “Keşkəndim” adlı sandıqça və mücrülər nümayiş olunub.
Layihəyə əsasən, İctimai Birlik Qərbi Azərbaycan coğrafiyasında tarixən azərbaycanlılara məxsus yer adlarını, bu ərazidə formalaşmış ənənələrə əsaslanan mədəni irs nümunələrini, memarlıq incilərini və daş abidələrin xarakterik elementlərini əks etdirən 12 yeni dekorativ-tətbiqi sənət nümunəsinin yaradılmasını və onların tanıdılmasını təmin etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 08 İyul 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















