Şuşada 49 milyonluq LAYİHƏ
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şuşa şəhərində yeni yaşayış binalarının tikintisi üçün növbəti mərhələyə start verilir.
Yenisabah.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən D-3 yaşayış massivində 10 binadan ibarət yeni kompleksin tikintisi ilə bağlı tender elan olunub.
Layihənin ilkin mərhələsi üzrə işlərin ümumi dəyəri 49 milyon 129 min 815 manat təşkil edir.
Tikinti işləri çoxmərtəbəli yaşayış binalarının inşasını əhatə edir.
Qeyd edək ki, bu layihə Şuşanın yenidən qurulması və əhalinin daimi məskunlaşdırılması istiqamətində görülən işlərin davamıdır.

Şuşada 49 milyon manatlıq layihə
29 May 2025 19:15
Şuşada yeni yaşayış binaları tikiləcək 49 milyonluq LAYİHƏ
30 May 2025 11:17
Şuşada yaşayış binaları ilə bağlı layihə 49 milyon…
29 May 2025 17:10
Şuşada yaşayış binaları ilə bağlı 20 milyonluq layihə
21 May 2025 20:55
İqtisadiyyat Nazirliyindən yarım milyonluq layihə
23 Dekabr 2024 09:50

