Şuşada 7 yeni yaşayış binası inşa ediləcək 36,7 milyon manatlıq layihə
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın azad edilmiş digər ərazilərində olduğu kimi Şuşa şəhərində də bərpa, yenidənqurma və quruculuq işləri davam etdirilir.
Bakıvaxtı.az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bu işlərin davamı kimi Şuşa şəhərində D-3 massivində yerləşən 2-ci mərhələ üzrə tikintisi nəzərdə tutulan yeni 7 yaşayış binasının tikinti işləri aparılacaq.
Məlumata əsasən, eyni zamanda ərazinin abadlaşdırlması işləri də həyata keçiriləcək.
Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi artıq bununla bağlı müvafiq işlərə start verib.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda qurum görüləcək işlərin 36,7 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 20 Noyabr 2025 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















