Şuşada qurbanlıq heyvanların səyyar kəsim məntəqəsi təşkil edilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Şuşa, 6 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə Qurban bayramı günlərində Şuşada qurbanlıq heyvanların kəsimi və satışı təşkil edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ərazidə quraşdırılan səyyar heyvan kəsimi çadırlarında qurbanlıq heyvanların kəsimi və satışı baytarlıq nəzarəti altında həyata keçirilir. Eyni zamanda, işğaldan azad edilmiş digər ərazilərdə Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərir.
Qeyd edək ki, bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 İyun 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















