Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Şuşada xəstəxana tikintisində külli miqdarda mənimsəmə aşkarlandı

Şuşada xəstəxana tikintisində külli miqdarda mənimsəmə aşkarlandı

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Şuşa rayon Mərkəzi Xəstəxanasının (I mərhələ) tikintisi zamanı artıq iş həcmlərinin daxil edilməsi, satınalma qanunvericiliyi sahəsində hüquqi sənədlərin tələblərinin gözlənilməməsi obyektin müqavilə dəyərinin artması ilə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə apardığı auditin nəticələrində qeyd edilib.

Layihə dəyəri 41 milyon 751 min 77,73 manat olan 90 çarpayılıq “Şuşa Mərkəzi Xəstəxananın tikintisinin (I mərhələsi)” 2023-cü ildə başa çatmasına baxmayaraq müvafiq sənədləşmələrin vaxtında aparılmaması və istismara qəbulunun ləngiməsi mühasibat uçotunda müvafiq dövrlər üzrə hesabatda başa çatmayan tikililərin dəyərinin artmasına səbəb olub.

Layihənin icrası üçün sahənin ayrılmasına təqdim edilmiş sənədlərdə obyektin çoxsahəli xəstəxana olması və tikintinin qanunvericiliklə qonşu obyektlərin təyinatından asılılığı nəzərə alınmayıb. Nəticədə əlavə torpaq sahəsi ayrılıb və normativlərin gözlənilməsi üçün tikintinin yerləşmə planı dəyişdirilib. Bu da müvafiq işlərin dəyərinin əhəmiyyətli məbləğdə artması və layihəyə ayrılmış vəsaitin tərkibində 15% xüsusi çəkiyə malik olması ilə nəticələnib.

Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisi zamanı dövlət ekspertizasından keçmiş layihədə müəyyənləşdirilən həcmdən artıq işlərin smeta sənədlərinə, eləcə də müqavilənin qiymət cədvəlinə daxil edilməsi obyektin müqavilə dəyərinin 392 min 962,45 manat artması ilə yanaşı podratçıya artıq vəsait ödənilməsinə gətirib çıxarıb. Eləcə də tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar əlavə xərclərə tətbiq edilən normanın avadanlıqların dəyərinə şamil edilməsi, söküntü işlərinə aid olmayan xərclərin də əlavə edilməsi podratçıya 341 min 736,87 manat vəsaitin artıq ödənilməsinə səbəb olub.

Bundan əlavə obyektin smeta sənədlərində müəyyənləşdirilmiş həcmlərdən fərqli və faktiki icra edilməyən bəzi işlərin yerinə yetirilmiş işlərin qəbulu aktlarına daxil edilməsi tikinti normativlərinin tələblərinin gözlənilməməsi ilə yanaşı, işlərin həcminin və dəyərinin 113 min 294,16 manat artırıb.

Bəzi işlərin müqavilə və yerinə yetirilmiş işlərin qəbul aktına təkrar daxil edilməsi səbəbindən 2 milyon 538 min 878,95 manat dəyərində artım müəyyən edilib. Həmçinin smeta sənədlərində nəzərdə tutulmayan və Toplu smetaya daxil edilən avadanlıqlar alınıb. Həmin avadanlıqlara yerində baxış nəticəsində 7 milyon 898 min 198,52 manat dəyərində işlərin tam icra edilmədiyi məlum olub.

Aparılan maliyyə əməliyyatlarında alışların, işlərin və xidmətlərin yerinə yetirilməsini təsdiq edən sənədlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən normativ sənədə uyğun tərtib edilməyib. Alış sənədləri üzrə mühasibat yazılışının vaxtında verilməməsi isə şəffaflığına mənfi təsir göstərib.

Qeyd edək ki, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Əsas xəstəxana binası 50 çarpayılıq, Reabilitasiya Mərkəzi isə 40 çarpayılıqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Aprel 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri