Icma.az
close
up
RU
Yaxın Şərqdəki müharibədən ən çox qazanan ölkələr HANSILARDIR?

Yaxın Şərqdəki müharibədən ən çox qazanan ölkələr HANSILARDIR?

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın Şərqdə baş verən hərbi əməliyyatlardan ən böyük mənfəəti Rusiya və ABŞ əldə edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Nəşr qeyd edir ki, Hörmüz boğazı vasitəsilə həyata keçirilən tədarüklərdən asılı olan Qətər, Küveyt və İraq vəziyyətdən ən çox əziyyət çəkən ölkələr olub.

Mənbənin sözlərinə görə, bu marşrutun bağlanması qlobal miqyasda yanacaq və neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.

Birləşmiş Ştatlar digər enerji daşıyıcılarının, eləcə də dizel və neftin ixrac həcmini artırıb. "The New York Times"ın qiymətləndirməsinə əsasən, Amerika enerji resurslarının dəniz yolu ilə illik tədarükü 145 milyon barel artıb. Nəticədə ABŞ-nin əlavə gəlirləri təqribən 50 milyard dollar təşkil edib.

Qəzetin məlumatına görə, Rusiya da əsas qazanan tərəflərdən biri olub. Rusiyaya məxsus neftin dəniz vasitəsilə ixracı təxminən 592 min barel azalsa da, dünya bazarındakı qiymət artımı Moskvaya əlavə olaraq 15 milyard dollar qazandırıb.

Aprelin əvvəlində Fin körfəzi vasitəsilə göndərilən Rusiya neftinin bir barelinin qiyməti münaqişədən əvvəlki 41 dollardan 120 dollara qədər yüksəlib.

Fars körfəzi regionunda isə vəziyyət fərqli olub. Bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçən boru kəmərləri hesabına ixracdakı geriləməni qismən kompensasiya edə biliblər.

Səudiyyə Ərəbistanının tədarükü 150 milyon bareldən çox azalmasına baxmayaraq, ölkənin gəlirləri 9.2 milyard dollar artıb.

"The New York Times" vurğulayır ki, alternativ ixrac yolları olmayan və Hörmüz boğazından asılı qalan İraq, Küveyt və Qətər daha ağır nəticələrlə üzləşib. Nəşrin hesablamalarına görə, yalnız İraqın itkiləri təxminən 15 milyard dollara çatır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 May 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri