Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Şuşanın musiqi tarixində Hacıbəylilər imzası

Şuşanın musiqi tarixində Hacıbəylilər imzası

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Deyirlər, elə şəhərlər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopub. Bu nadir şəhərlərin dünya musiqisində özünəməxsus yeri var. Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın isə Qarabağının tacı, Zaqafqaziyanın konservatoriyası Şuşa şəhəri. Bu şəhər sadalamaqla bitməyən böyük musiqiçilər nəsli yetişdirib. Musiqi sənəti tariximizdə yeri olan Mir Möhsün Nəvvab, Xarrat Qulu, Hacı Hüsü, Sadıxcan, Məşədi İsi, Əbdülbağı Zülalov, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Seyid Şuşinski, Bülbül, Zülfi Adıgözəlov, Xan Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Primov, Süleyman Ələsgərov kimi böyük sənətkarlar nəsli yetişdirib. Şərq musiqisinin məşhur tədqiqatçılarından olan V. Vinoqradov yazırdı: "Şuşada musiqi çoxdur. Azərbaycanın hər hansı rayonundan daha çox xalq mahnılarını, rəqslərini, xanəndə və sazəndələrini burada eşitmək olar. Şuşa qədim zamanlardan musiqinin beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır. "Şuşa musiqiçiləri" Azərbaycan musiqisinin tarixini yaradırdılar və onu yalnız vətənlərində deyil, digər Şərq ölkələrində təqdim edirdilər". Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.

Qarabağ bölgəsində yerləşən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ölkəmizin ən mühüm şəhərlərindən biri olmuşdur. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırılan Şuşada 17 məhəllə vardı və hər məhəllədə hamam, məscid və bulaq yerləşirdi. Pənah xanın qala üçün seçdiyi yer əvvəllər tamamilə meşə ilə örtülü bir sahə idi və üç tərəfdən sıldırım qayalarla əhatə olunduğundan, gələcək şəhər üçün əlverşli təbii səngər rolunu oynayırdı. Pənah xan tərəfindən qısa bir müddət ərzində salınan bu şəhər əvvəllər öz banisinin adı ilə "Pənahabad" adlanırdı. Lakin sonralar şəhərin yaxınlığında yerləşən Şuşakəndin adıyla "Şuşa qalası" adlanmağa başlandı. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. Tarix boyu bu qala düşmən basqınlarına, hücumlarına məruz qalsa da, heç vaxt əyilməmiş, həmişə alınmaz olmuşdur. Şuşa 28 il işğal altında olsa da əyilmədi və azadlığına qovuşdu.

HACIBƏYLİLƏR ŞƏCƏRƏSİNİN ŞƏHƏRİN İCTİMAİ-MƏDƏNİ HƏYATINDA SİLİNMƏZ İZLƏRİ

Bu tarixi şəhərdə məşhur şəcərələr, nəsillər yetişmiş, əməlləri, istedadları ilə silinməz salnamələrə həkk olundular. Şuşanın məşhur nəsillərindən olan Hacıbəylilərin fəaliyyəti bu şəhərin ictimai-mədəni həyatında silinməz iz salmışdılar. Xatırladaq ki, Hacıbəylilərin ulu babası Molla Hacı bəy Qarabaği olmuşdur. O, Şuşa şəhərində sayılıb-seçilən, savadlı bir alim idi. Məhəllələrin dini işləri ilə məşğul olurdu. Molla Hacı bəyin Məhəmməd bəy adlı oğlu var idi. Qızı Bəşirət xanım Nəsib bəy Yusifbəylinin nənəsidir. Məhəmməd bəy 1814-cü ildə Şuşada anadan olmuşdu. O, mədrəsə təhsili almış və Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin hərəmi Bikə ağanın sarayında mirzə işləmişdi. Mənbələrdə qeyd olunur ki, Məhəmməd bəy göstərdiyi xidmətlərinə görə xan Vərəndə mahalının İsfəhançıq kəndinin bir hissəsini ona bağışlamışdı. Molla Məhəmməd bəyin Qəhrəman bəy, Əbdüləziz bəy, Əbdülhüseyn bəy və Hacı bəy adlı oğulları vardı. Molla Hacı bəyin törəmələri Hacıbəyli soyadını daşıyırlar.

Hacıbəylilər şəcərəsinin ictimai-mədəni həyatımızda rolu müstəsnadır. Əbdülhüseyn bəy Hacıbəyli, İsmayıl bəy

Hacıbəyli, Zülfüqar Hacıbəyli, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Soltan Hacıbəyli, Niyazi Tağızadə-Hacıbəyli və başqaları öz fəaliyyətləri ilə tanınaraq, seçilmişdilər.

MUSİQİ TARİXİMİZDƏ İNQİLABİ DƏYİŞİKLİKLƏR

XX əsrin ilk illəri Azərbaycan musiqi sənəti üçün intibah və inkişaf dövrüdür. O illərin zəngin sənət tarixi neçə-neçə onillikləri belə əvəzlədi. Həmin dövrdə Bakının musiqi həyatı qaynar olsa da ictimai-siyasi hadisələrin gedişatı müxtəlif maneələrin yaşamasına gətirib çıxarmışdır. Tarixdən bizə bəllidir ki, həmin illərdə Azərbaycan musiqi tarixində də inqilabi dəyişikliklər baş verirdi. Bu dövr musiqisinin mühüm xüsusiyyəti, xalq musiqisinin geniş təbliği - Şərq konsertləri adlandırılan böyük konsertlərin təşkili, Azərbaycanda milli operanın yaranması, qrammafon vallarının yazılması ilə tarixə həkk oldu. Azərbaycanın mütərəqqi dünyagörüşlü ziyalıları xalqın yeni mədəni ənənələrlə tanışlığı istiqamətində böyük işlər görürdü. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşaya qoyulması Azərbaycanın musiqi həyatına xüsusi bir yenilik gətirdi. Bu, nəinki Azərbaycanda, bütün Yaxın Şərqdə ilk opera idi və bu opera ilə yeni sənətin möhtəşəm özülü qoyuldu. Üzeyir Hacıbəyli ilə yanaşı, qardaşı Zülfüqar Hacıbəyli də əsrimizin ilk illərindən başlayaraq, Azərbaycan musiqili teatrının yaranması uğrunda mübarizəyə qoşulmuş, məhz onun müstəqil bəstəkarlıq fəaliyyətinin ilk təcrübələri də həmin dövrlə bağlıdır. "Əlli yaşında cavan", "Evliykən subay", "On bir yaşında gəlin" və ya "Varlı" operettaları, "Aşıq Qərib" operası, bir sıra kütləvi mahnılar və s. əsərləri yaradıcılığı üçün səciyyəvidir.

1911– ci ildə Üzeyir bəy və Zülfüqar bəy Hacıbəylilərin rəhbərliyi ilə opera-operetta artistləri truppası yarandı. O dövrün bir sıra məşhur artistləri truppanın tərkibinə daxil olmuş, Bakıda Qafqazın başqa şəhərlərində tamaşalar göstərmişlər. Truppanın qastrol səfərlərində repertuarı Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun" musiqili komediyaları, Z.Hacıbəylinin "Aşıq Qərib" operası, "Evliykən subay" musiqili komediyasından ibarət idi.

Bəstəkarın M.Füzuli adına Azərbaycan Əlyazmalar Fondunda saxlanılan şəxsi arxivində əldə olunan materiallar onun zəngin irsi ilə tanışlıq yaradır. Belə ki, "Onda elə, indi belə", "Yarış" operettaları "Mən ağlaram, o gülər" komediyası, "Biçarə Xavər", "Məşədi Xudu" operettaları, "Məlikməmməd", "Nüşabə" operaları və s. musiqili komediya, opera librettosu, musiqi qeydləri ilə yanaşı, bəstəkarın bir neçə məqaləsi də saxlanılır. Bu əsərlərlə tanışlıq Azərbaycanın mədəni-tərəqqisinin hər zaman inkişafda olduğunu göstərən faktdır.

AZƏRBAYCAN MUSİQİSİNDƏ YENİLİK

Milli mədəniyyət tariximizdə - opera sənətinin, eyni zamanda, musiqi teatrının təşkili və inkişafında xidmətləri olan sənət adamları sırasında göründüyü kimi, Zülfüqar Hacıbəylinin öz imzası var. Ümumilikdə isə, sənətin inkişafında Hacıbəylilər ailəsi pozulmaz səhifələr yazıb. Zülfüqar Hacıbəylinin da musiqi teatrımızın inkişafı yolunda yazıb-yaratdıqları əsərlər əsil fədakarlıqdır. Onun tərcümeyi-halından oxuyuruq. Zülfüqar Hacıbəyli 1884-cü ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Zülfüqar Hacıbəyli ilk biliyini xalq musiqisindən alıb. O dövrdə, yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri "Aşıq Qərib" operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi. Həmin dövrdə Zülfüqar Hacıbəyli bir sıra librettolara musiqi yazır.

Sənət tariximizdə onun "50 yaşında cavan" (1910), "Varlı" (1911), "Evliykən subay" (1916) musiqili komediyaları bu gün də sənət dünyamızın bəzəyidir. Zülfüqar Hacıbəyli 1935-ci ildə "Almaz" filminə musiqi yazır. Məlumdur ki, bu film kino tariximizdə ilk səsli filmdir. Bu ərəfədə yazdığı "Kölə qadınların rəqsi" adlı simfonik əsəri ona böyük şöhrət gətirir. Onun daha iki – "Nüşabə" və "Üç aşıq" operası isə tamamlanmamış qalır.

REPRESSİYANIN ACI HƏQİQƏTLƏRİ - MÜHACİRƏTDƏ QÜRBƏT ÖMÜRLƏR

Yaradıcılığa mahnı janrı ilə başlayan Zülfüqar Hacıbəyli XX əsrin 20-30-cu illərində çox məşhurlaşır. Bəstələdiyi nəğmələri – "Kəndçi qızı", " "Çoban qız", "Əsgər nəğməsi" və digər mahnıları dildə-ağızda dolaşır. Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur. İstedadlı bəstəkarın əsərlərinin hər birini ayrı-ayrılıqda sənət məbədimizin qızıl kərpici hesab etmək olar. Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə - 1937-ci il repressiyasının acı yelləri Hacıbəylilər nəslindən də yan keçmir. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən düşür. Bəziləri mühacirət edir, ömürlərini qürbətdə başa vururlar. Çox keçmir ki, İkinci Dünya müharibəsi başlayır. Müharibə acı rüzgarın səmtini dəyişir. Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi. Buna baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyli qardaşları qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli münasibətlərə mətanətlə sinə gərirlər. Böyük dözümlülük göstərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər. Həqiqətən də, onların yazdıqları bir çox əsərlər dövrün təqiblərinə, qadağalarına məruz qalır, illərlə arxivlərdə saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur - hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir. Zülfüqar Hacıbəyli milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə əməkdar incəsənət xadimi adına layiq görülür.

Musiqili Komediya Teatrının əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Zülfüqar Hacıbəyli respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var. Vaxtsız əcəl ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Zülfüqar Hacıbəylinin başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişir. Ancaq Zülfüqar Hacıbəylinin adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qalır.

Zümrüd BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri