Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Hacıbəylilər ailəsinin xoşbəxt bir anı

Hacıbəylilər ailəsinin xoşbəxt bir anı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu gün 141 yaşı tamam olan Üzeyir Hacıbəyli Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi, dövrünün savadlı, ziyalı şəxslərindən sayılan Əbdülhüseyn bəyin ailəsində dünyaya göz açıb. Onun ədəbi və musiqi istedadının formalaşmasında ata ocağının böyük rolu olub.

Oxuculara təqdim etdiyimiz bu nadir fotoda Üzeyir bəyin anası Şirinbəyim xanım Hacıbəyova-Əliverdibəyova ilə birgə bəzi ailə üzvləri çəkiliblər. 1910-cu ildə (bəzi mənbələrdə 1915-ci il) lentə alındığı göstərilən şəkil, çox güman ki, Şuşada, hazırda bəstəkarın ev-muzeyi olan ata evində çəkilib. XIX əsrdə tikilmiş həmin evdə sonralar, yəni erməni işğalına qədərki dövrdə Üzeyir bəyin həyatının ilk illərinə aid qiymətli materaillar – tələbəlik illərinə dair eksponatlar, eləcə də 1920-ci ilədək qohum və ailə üzvlərinin fotoşəkilləri sərgilənirdi. Bu da həmin fotolardandır.

Onda hələ 25 yaşı olan Üzeyir bəyin şöhrət və məhəbbət dolu ömür yolunun bir anının əbədiləşdiyi nadir fotoda o, ayaqüstə soldan 1-ci yerdə dayanıb. Yanındakı yeni ailə qurduğu – Müslüm Maqomayevin həyat yoldaşı Badigülcamalın və opera müğənnisi Hənəfi Terequlovun bacısı, tatar qızı Məleykə Terequlova-Hacıbəyli, sağ tərəfdəki Üzeyirin anasının əmisi oğlu, dayı saydığı Avropa təhsilli musiqi tarixçisi, bəstəkar Ağalar bəy Əliverdibəyovdur. Əyləşənlər isə Ü.Hacıbəylinin bacısı Abuhəyat, anası Şirinbəyim xanım, digər bacısı Sayad və övladlarıdır.

Şəkildəkilərin hər birinin görkəmində kübarlığa, ziyalılığa xas olan səliqə-sahman var. Kişilərin frak və hərbi libası, qadınların səliqə ilə daranmış saçları, zamanına aid milli geyimləri diqqət çəkir. Yerdəki naxışlı xalça isə, heç şübhəsiz, Qarabağ ilmələri ilə vüsətlənib. Bütün detallar ötən əsrin əvvəllərinin Şuşa ab-havasından soraq verir.

Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin yazdığına görə, 3 fərqli siyasi quruluşda – Çar Rusiyası, Xalq Cümhuriyyəti və Azərbaycan SSR zamanında yaşasa da, dəyişməz qalan və özünütəsdiqin bütün sınaqlarından ləyaqətlə keçən Üzeyir bəy ömrü boyu şəxsi kimliyini qoruyub saxlaya bilmiş, görkəmli musiqişünas-bəstəkar, pedaqoq, redaktor, naşir, dramaturq, ictimai-siyasi xadim və təqdim etdiyimiz şəkildəki kimi, sevimli oğul, qardaş, ər, qohum, sadəcə, insan olaraq, könüllərdə yuva qurmuşdur.

Üzeyir bəyin sevimli ömür-gün dostu ilə qoşa şəkilləri də var və hamısından bir-birinə sonsuz sevgiləri əks olunub. Hələ 1908-ci ildə möhtəşəm “Leyli və Məcnun” adlı ilk Azərbaycan operasını, ardınca “Şeyx Sənan”ı, “Əsli və Kərəm”i , “Ər və arvad”ı, digər monumental əsərləri yaratmış bəstəkarın öz istəklisinə sədaqəti də əsl örnək olub.

Məlum olduğu kimi, Üzeyir bəylə Məleykə xanımın taleyinə ata-ana olmaq yazılmayıb. Məleykə xanım yoldaşına başqa qadınla evlənib övlad sahibi olmağı təklif etsə də, Üzeyir bəy bundan qəti imtina edib. Kirayələrdə yaşayıb, çox çətinliklər görüblər, amma onların ailə təməli heç vaxt sarsılmayıb.

Yeri gəlmişkən, cütlüyün müqəddəs duyğuya dəlalət edən bir faktı da göstərək: Üzeyir bəy 1911-ci ildə qatarla Bakıdan Moskvaya – konservatoriyada oxumağa yola düşəndən sonra Zaqafqaziya dəmir yolunun bütün stansiyalarından Məleykə xanıma poçt-kartlarda qısa məktublar göndərib ki, bu da onların izdivacının ilk sevgi qığılcımlarını nəinki söndürmədiyini, əksinə, daha da alovlandırdığını göstərir.

Məleykə xanımın Üzeyir bəyə yazıb Moskvaya ünvanladığı cavab məktubları da onun ayrılıq və təklikdən çəkdiyi nisgilli hisslərinin ifadəsi kimi təsirli olub. Daim Üzeyirə dəstək verən Məleykə xanımın ağbirçək Şirinbəyim anadan tutmuş, qayınlarına, baldızlarına və onların çoxsaylı uşaqlarına qədər çox səmimi və doğma münasibəti də onun məktublarının hər sətrində özünü büruzə verirdi.

Məleykə xanımın öz qayınanası ilə mehriban münasibətini sübut edən bir fakt da budur ki, mülkədar qızı olan, 5 övlad anası Şirinbəyim xanım ömrünün son illərini Bakıda, məhz Üzeyirbəygildə keçirərək hər cür qayğı görüb və 1939-cu ildə burada dünyasını dəyişib.

Qeyd edək ki, ermənilər Şuşanı ələ keçirəndə Üzeyir bəyin ev-muzeyində 1700-dək eksponat olub. İşğal zamanı muzey rəhbərliyinin fədakarlığı sayəsində dahi bəstəkarın yalnız 136 şəxsi əşyası çıxarıla bilərək Bakıya gətirilib. Qalanlarını isə hay vandalları talayaraq məhv ediblər. Şuşa azad olunandan sonra Heydər Əliyev Fondunun sayəsində əsaslı surətdə bərpa edilmiş muzeyə gətirilən eksponatlar sırasında üzü köçürülmüş bu fotoşəkil də yer alıb. İnişil sentyabrın 19-da Prezident İlham Əliyev yenidən istifadəyə verilən ev-muzeyinin açılışında iştirak edib.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri