Icma.az
close
up
RU
Suverenlik uğrunda şəhadətə ucalan qəhrəman

Suverenlik uğrunda şəhadətə ucalan qəhrəman

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lənkəran, 24 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC

İki il bundan əvvəl Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbiri nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində Konstitusiya quruluşu və suverenliyi tam şəkildə bərpa edildi. 30 ilə yaxın davam edən separatçılıq siyasətinə son qoyuldu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan Ordusunun Qarabağda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinə qarşı apardığı antiterror tədbirində şəhid olan igidlərdən biri də Elsevər Qardaşzadədir.

AZƏRTAC xəbər verir ki, o, 2004-cü ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub.

Şəhidin anası Sərvər xanım ürəyində övlad acısı daşısa da, Vətənə, el-obaya layiqli övlad böyütdüyü üçün başını dik tutur. Elsevərin qorxmazlığı, igidliyi onun qürur yerinə çevrilib: “O, öz yolunu elə bil əvvəldən seçmişdi. Hərb sənətinə həvəsi var idi. Onun belə böyük qəhrəman olacağını ağlıma gətirməzdim. El yolunda, Vətən yolunda şəhadətə ucaldı. Allah bütün şəhidlərimizin məqamını uca etsin”.

Elsevərin atası Rakif kişi deyir ki, oğlu ilə sonuncu telefon danışığından iki gün sonra "Vətən sağ olsun! Oğlunuz şəhid olub" xəbərini alıb: “Kollecdən yoldaşı var idi yanında. Danışmışdılar ki, 10-15 günə evə bir yerdə gəlsinlər, sonra yenə orduya qayıtsınlar. Bu barədə bizə də demişdi. Sentyabrın 18-i zəng vurdu, xeyli danışdıq. Son kəlməsi bu oldu ki, “Kimin payına nə düşəcəksə, Allah da onu ayıracaq”.

Vətən müharibəsindən sonra Qarabağın dağlıq hissəsində davam edən separatizm hərəkətləri Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurətə çevrildi. Nəticədə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbiri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi 23 saat ərzində erməni separatçıları “ağ bayraq” qaldırmağa məcbur oldular. Məhz uğurla aparılan həmin əməliyyatdan sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı yüksəldi, ölkəmizin ərazi bütövlüyü tamamilə bərpa edildi.

Qeyd edək ki, Elsevər Qardaşzadə Prezidentin Sərəncamına əsasən "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:494
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri