Icma.az
close
up
RU
Suverenliyimizin əbədiləşdirilməsinə xidmət edən tarixi addım

Suverenliyimizin əbədiləşdirilməsinə xidmət edən tarixi addım

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

“44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının əbədiləşdirilməsinə xidmət edən mühüm addımlardan biri dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Bu kimi addımlar xalqımızın qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasında, gənclərin vətənpərvərlik ruhunda böyüməsində, tariximizin unudulmamasında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Bu əlamətdar günün təsis edilməsi xalqımızın milli yaddaşında, dövlətçilik təfəkküründə əbədi qalacaq hadisələrdəndir. Bu tarix işğaldan azad olunmuş şəhərlərimizin rəmzi deyil, həm də Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və Prezident İlham Əliyevin qətiyyətli iradəsinin təntənəsidir. 2023-cü ilin 19 sentyabr tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz lokal antiterror tədbirlərini həyata keçirdi. Xalqımız bir yumruq kimi birləşərək ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etdi. Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində Azərbaycan Bayrağı ucaldıldı, separatçılığa son qoyuldu. Suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq 2024-cü ilin fevral ayında bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində bu məqamları xüsusi vurğuladı ki, ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. İndi bütün hadisələri yenidən dilə gətirməyə ehtiyac yoxdur, Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır. Hər bir addımımızın məntiqi mənası var idi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi, istər Laçın-Xankəndi yolu, istər antiterror əməliyyatının keçirilməsi ilə əlaqədar. Ola bilər o vaxt bəziləri obyektiv səbəblərə görə bunu tam dərk edə bilmirdi, ancaq bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Xankəndiyə, Xocalıya, Xocavəndə və Ağdərəyə reallaşdırdığı hər bir səfər mühüm iqtisadi və sosial obyektlərin açılışı, təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır: “Suverenliyimizin tam bərpasından sonrakı dövrün aydın mənzərəsini yaradan son üç ildə görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Bu işlərin nəticəsi Xankəndi, Xocalı, Xocavənd şəhərlərinin sakinlərinə qovuşmasında özünün aydın ifadəsini tapır. Bununla bərabər həmin rayonların kəndləri də yenidən qurulur, bərpa edilir, sakinlərinə qovuşurlar. Qarabağ Universitetinin yaradılması, təhsil və elm mərkəzlərinin fəaliyyətə başlaması gələcək nəsillərə verilən strateji mesajdır- Qarabağ Azərbaycanın elm, mədəniyyət və inkişaf mərkəzlərindən birinə çevriləcək. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxardı. Bu məqsədlə Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı. Dövlətimizin başçısı İlham Əliyev 2024-cü il sentyabr ayının 20-də Qarabağ Universitetinin təmirdən sonra açılış mərasimindəki çıxışında qeyd etmişdir ki, bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir”.

Malik Həsənov bildirib ki, 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi: “Həmin il dekabr ayının 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi. Prezident İlham Əliyev Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izlədi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi. Dövlət başçısı İlham Əliyev ötən dövr ərzində Xankəndiyə 16, Xocavəndə 12, Xocalıya 13, Ağdərəyə 4 səfər edib. Bu səfərlərin hər biri Böyük Qayıdış Proqramının uğurlu icrasına xidmət edən mühüm addımlarla yadda qalıb. Xankəndi şəhəri iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Ötən il Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü, həmçinin III Şuşa Qlobal Media Forumu və III Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Milli Şəhərsalma forumları dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma kimi çıxış edir”.
Millət vəkili qeyd edib ki, 2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76, Kərkicahan qəsəbəsində 43 ailə olmaqla cəmi 119 ailə, Xocalı şəhərində 144, Ballıca kəndində 246, Xanyurdu kəndində 140, Təzəbinə kəndində 180, Şuşakənd kəndində 116, Badara kəndində 109, Seyidbəyli kəndində 77, Daşbulaq kəndində 44, Xanabad kəndində 111 ailə olmaqla cəmi 1.167 ailə məskunlaşıb. Həmçinin Xocavənd şəhərində 413, Xocavənd kəndində 78, Xanoba kəndində 39, Qırmızı Bazar qəsəbəsində 213, Sos kəndində 85, Güneyxırman kəndində 39, Quzeyxırman kəndində 39, Hadrut qəsəbəsində 82 ailə olmaqla cəmi 988 ailə, Ağdərə rayonunun Talış kəndində 20, Həsənriz kəndində 292, Suqovuşan kəndində 180, Kolatağ kəndində 36, Vəngli kəndində 151, Heyvalı kəndində 46, Çapar kəndində 40, Aşağı Oratağ kəndində 111, Çıldıran kəndində 41 ailə olmaqla cəmi 917 ailə məskunlaşıb. Ümumilikdə tarixi Zəfərimizdən bu günədək dogma yurd-yuvalarına qayıdan keçmiş məcburi köçkünlərin, həmçinin Böyük Qayıdış ünvanlarının sayı bu torpaqlarda geniş miqyas alan bərpa-quruculuq işlərinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Hazırda 48 şəhər və kənddə 90 mindən artıq insan yaşayır, işləyir, təhsil alır. Təbii ki, bu, son rəqəm deyil. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı mərhələ-mərhələ davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri