Icma.az
close
up
RU
Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar əsasında azad Qarabağda və azad Şərqi Zəngəzurda bərpa-quruculuq işləri uğurla davam edir. Genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışları ilə müşayiət olunur. Bu günə qədər 10 şəhərin, onlarla kənd və qəsəbənin sakinlərinə qovuşması Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərin aydın təsəvvürünü yaradır. Bu baxımdan Prezident İlham Əliyevin iyulun 11-də Qarabağa və Şərqi Zəngəzura səfəri zamanı Laçında “Həkəriçay” su anbarının təməlinin qoyulmasını, Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda, Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra və “Xankəndi” hotelinin açılışını, Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə, Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş “Yasəmən” hotelinin yeni korpusları ilə tanışlığı qeyd etsək bir səfərin timsalında ümumilikdə bu gündək görülən işlərin aydın mənzərəsini görərik. Dövlətimizin başçısı, eyni zamanda, Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldu və kəndə qayıdan sakinlərlə görüşdü. Cənab İlham Əliyevin Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşü də diqqətdə oldu. Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün nəzərdə tutulan hədəflərin reallığa çevrildiyi göz qabağındadır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən dərhal sonra bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atdı və hazırda azad edilmiş ərazilərimizdə görülən işlər ölkəmizin müasir şəhərsalma təcrübəsinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır: “Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumları bu il ölkəmizin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyində əhəmiyyətli rol oynadı. Qeyd etdiyimiz şəhərlər hazırda sakinlərinə qovuşub, sevincli günlərini yaşayır. Onların sırasında Füzuli, Laçın, Kəlbəcər, Cəbrayıl, Şuşa, Xocalı, Xocavənd şəhərləri də var. Təbii ki, bu son deyil. Dövlətimizin başçısı İlham Əliyevin Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündə qeyd etdiyi kimi, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Demək olar ki, hər həftə olmasa da, hər ay bir qrup keçmiş köçkün öz doğma torpağına qayıdır, yerləşir, dövlət tərəfindən belə gözəl evlərlə təmin edilir. Dövlətimizin başçısı İlham Əliyev bu reallığı da xüsusi vurğuladı ki, son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır. Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq, öz dədə-baba ənənələrimizə sadiqik. Baxmayaraq ki, uzun illər torpaqlarımız işğal altında idi, insanlarımızın böyük hissəsi qaçqın-köçkün şəraitində yaşayırdı, ancaq bizim iradəmiz sınmadı. İnanırdıq və nəinki inanırdıq, bilirdik ki, gün gələcək və biz bu torpaqlara torpaqların sahibləri kimi qayıdacağıq”.

Malik Həsənov bildirib ki, cənab İlham Əliyevin hər bir çıxışı tarixi Zəfərimizə gedən yolun, postmünaqişə dövrünün reallıqlarının təqdimatıdır: “Dövlətimizin başçısı sakinlərlə görüşündə bir daha bu çağırışı etdi ki, son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmamışdır. Bu gün artıq şanlı Zəfərimizdən təxminən 6 il keçir. Ermənistan dövləti torpaqlarımızı talan edib, viran qoyub. Biz isə qurub-yaradırıq, şəhərlər, kəndlər dirçəlir. Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə ürəyim sevinir. Bu torpaqların sahibləri bizik, bütün dünya bunu artıq nəinki bilir, hətta qəbul edir. Bəziləri istəməsələr belə, bunu qəbul etməyə məcburdurlar, çünki biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik.
Hazırda azad edilmiş ərazilərdə 90 mindən çox insan yaşayır, çalışır, təhsil alır və hər ay onların sayı artır. Hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin icrası başa çatanadək 140 min keçmiş məcburi köçkünün dogma yurd-yuvasına qayıdışını təmin etməkdir”.
Millət vəkili vurğulayıb ki, dövlətimizin başçısının çıxışlarında, həmçinin dogma yurd-yuvasına qayıdan soydaşlarımızla görüşlərində səsləndirdiyi çağırışların hər biri dünənimizə, bu günümüzə baxış, onların əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatıdır: “Bu baxımdan cənab İlham Əliyevin Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşü də mühüm çağırışları ilə diqqətdə oldu. “Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız” söyləyən cənab İlham Əliyev bildirdi ki, yaxın keçmişdə xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb. Qələbəmizin əsas səbəbi də budur. Yumruq həm də birliyin, gücün rəmzidir. Hər ikisini də biz nümayiş etdirdik”.
Malik Həsənov tarixi Zəfərimizdən ötən altı ilə yaxın dövrün reallıqları fonunda böyük qürur hissi ilə qeyd edib ki, Azərbaycanın bərpa, sülh quruculuğu təcrübəsi beynəlxalq iqtimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan, atdığı hər bir addımında bu prinsipləri öndə saxlayan Azərbaycanın hazırda azad Qarabağda və azad Şərqi Zəngəzurda gördüyü işlər öz növbəsində dünyaya bu mesajı ünvanlayır ki, ədalət gec-tez öz yerini tutur. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sadəcə olaraq, iradə, güc, birlik lazımdır. Xalqımız bütün bu ülvi xüsusiyyətlərini nümayiş etdirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 İyul 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri