Icma.az
close
up
RU
Suverenliyin bərpasından Qarabağın yeni reallığına ŞƏRH

Suverenliyin bərpasından Qarabağın yeni reallığına ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-si Azərbaycanın müasir tarixində xüsusi yer tutur. Bu tarix yalnız müəyyən hərbi-siyasi mərhələnin başa çatması deyil, həm də dövlət suverenliyi anlayışının ölkəmiz üçün tam və real məzmun kəsb etdiyi tarixi məqamdır. Məhz buna görə Dövlət Suverenliyi Gününün, eləcə də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün təsis edilməsi milli təqvimdə daha bir əlamətdar tarixin yer alması ilə müqayisə olunmayacaq dərəcədə dərin siyasi və tarixi məna daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, 2023-cü ilin sentyabr hadisələrinin tarixi əhəmiyyətinə son onilliklər ərzində baş verən proseslərin ümumi məntiqi kontekstində yanaşmaq lazımdır: “2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər regionda mövcud vəziyyəti kökündən dəyişdi və Azərbaycanın əvvəllər işğal altında olan ərazilərinin böyük hissəsində ərazi bütövlüyünü bərpa etməsinə imkan yaratdı. Bununla belə, prinsipial əhəmiyyət daşıyan bir məsələ həll olunmamış qalırdı: ölkə ərazisinin bir hissəsində Azərbaycan dövlət institutlarının fəaliyyət dairəsindən kənarda qalan qanunsuz silahlı birləşmələr mövcudluğunu davam etdirirdi. 2023-cü il sentyabrın 19–20-də baş verən hadisələr bu prosesin yekun mərhələsi oldu. Bir sutkadan da az müddətdə başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərksilah edildi və Azərbaycan Respublikasının konstitusiya quruluşu ölkənin bütün ərazisində bərpa olundu. Məhz burada ərazi bütövlüyünün hüquqi kateqoriya kimi mahiyyəti ilə suverenliyin dövlətin real vəziyyətini ifadə edən anlayış kimi mahiyyəti arasındakı prinsipial fərq ortaya çıxır. Suverenlik dövlətin öz ərazisinin hər bir nöqtəsində hakimiyyətini müstəqil və maneəsiz həyata keçirməsi, Konstitusiyanın, qanunların və dövlət institutlarının fəaliyyətini təmin etməsi, paralel silahlı və ya siyasi strukturların mövcudluğuna yol verməməsi deməkdir. Müasir Azərbaycan üçün 20 Sentyabrın mahiyyəti məhz bundan ibarətdir”.

Deputat bildirib ki, 2023-cü ilin sentyabr hadisələrindən sonra ölkə ərazisində Azərbaycan Respublikasının yurisdiksiyasının şamil olunmadığı heç bir məkan qalmadı: “Bu tarixi nəticəyə aparan yol Vətən müharibəsindən sonra da davam etdi. 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrınadək siyasi, diplomatik və digər vasitələrdən istifadə olundu və nəticədə Azərbaycanın dövlət suverenliyi tam şəkildə təmin edildi. 2023-cü il oktyabrın 15-i isə xüsusi rəmzi məna daşıyan gün kimi tarixə düşdü. Həmin gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində, eləcə də digər azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Xankəndidə çıxışı zamanı dövlətimizin başçısı bu günü tarixi gün adlandırdı və uzun illər əvvəl qarşıya qoyduğu məqsədi — Azərbaycan Bayrağının ölkənin bütün şəhər və kəndlərində ucaldılmasını bir daha xatırlatdı”.

Millət vəkili söyləyib ki, Dövlət Bayrağının ucaldılması daha genişmiqyaslı prosesin ən parlaq rəmzi ifadəsinə çevrildi: “Burada bayraq yalnız milli dövlətçilik rəmzi deyil, həm də Azərbaycanın vahid hüquqi və siyasi məkanının tam bərpasının göstəricisi idi. Bu baxımdan, 2023-cü ilin payızında baş verən hadisələrə yalnız hərbi müstəvidən yanaşmaq doğru olmazdı. Onların nəticəsində regionda tamamilə yeni reallıq yarandı. Qarabağ uzun illər ərzində formalaşdırılmağa çalışılan qeyri-müəyyən status və ziddiyyətli siyasi interpretasiyalar məkanından çıxdı. Bu ərazidə suveren hakimiyyətin kimə məxsus olması məsələsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində qəti həllini tapdı”.

Onun sözlərinə görə, bu nəticə beynəlxalq hüquq baxımından da mühüm əhəmiyyət daşıyır: “Dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsipləri sırasındadır. Azərbaycanın bütün ərazisi üzərində nəzarəti bərpa etməsi, əslində, beynəlxalq ictimaiyyət tərəfindən onilliklər boyu hüquqi baxımdan tanınmış vəziyyətin real müstəvidə təmin olunması demək idi” – deyən Sevinc Fətəliyeva əlavə edib ki, 20 Sentyabrın daha bir mühüm aspekti də var. Suverenlik yalnız dövlətin öz ərazisinə nəzarət etmək hüququ deyil, eyni zamanda, həmin ərazidə baş verən proseslərə görə məsuliyyət daşımasıdır. Konstitusiya quruluşunun tam bərpasından sonra Azərbaycanın qarşısında yeni tarixi vəzifə dayandı: azad edilmiş əraziləri ölkənin vahid siyasi, ictimai və institusional həyatının ayrılmaz hissəsinə çevirmək. 2023-cü ilin sentyabrından sonra baş verən mühüm hadisələr də məhz bu keçidi nümayiş etdirirdi. Həmin il noyabrın 8-də Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın Xankəndidə keçirilməsi mühüm tarixi hadisəyə çevrildi. Daha sonra şəhərdə prezident seçkiləri keçirildi, Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndidə səs verdi. Bütün bunlar söhbətin artıq yalnız ərazi üzərində nəzarətdən deyil, dövlət institutlarının və ölkənin siyasi həyatının burada tam və normal fəaliyyətindən getdiyini nümayiş etdirirdi. Bu mənada 20 Sentyabrı həm yekun, həm də yeni başlanğıc nöqtəsi kimi qiymətləndirmək olar. Bu, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda apardığı uzunmüddətli mübarizənin tarixi yekunudur. Eyni zamanda, məhz bu tarixdən Qarabağın tarixində tamamilə yeni mərhələ başlayır. Artıq əsas məsələ ərazi üzərində nəzarətin bərpası deyil, regionun vahid Azərbaycanın tərkibində gələcəyinin necə qurulmasıdır”.

“Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün ayrıca təsis olunması da məhz bu kontekstdə xüsusi rəmzi məna daşıyır. 20 Sentyabr bu dörd şəhəri yalnız uzunmüddətli münaqişə dövrünün başa çatması ilə deyil, onların tarixində başlayan yeni mərhələ — dövlətçilik, inkişaf və dinc həyat mərhələsi ilə birləşdirir. Dövlətin qələbəsi yalnız başa çatan proseslərlə deyil, həmin qələbədən sonra yaradılan yeni reallıqla ölçülür. Bərpa edilmiş suverenlik bu gün Qarabağın artıq münaqişə predmeti deyil, Azərbaycanın vahid dövlət məkanının tamhüquqlu və ayrılmaz hissəsi kimi inkişaf etdiyi yeni siyasi-hüquqi zəmini formalaşdırıb”, - deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri