Icma.az
close
up
RU
Suverenliyin zəfər yolu müasir tariximizdir

Suverenliyin zəfər yolu müasir tariximizdir

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kim olursan ol, bildiklərinin içində Vətən tarixi həmişə əsas yeri tutmalıdır. Jurnalistə isə tarix barədə məlumatlar həmişə lazımdır. Oxumalısan, öyrənməlisən və öz bilik və bacarıqların çərçivəsində fikirlərini başqaları ilə bölüşməli, paylaşmalısan. Mən belə düşünürəm, mən bunu düzgün sayıram. Elə bunu da əsas götürərək, təzəcə oxuduğum bir kitabın məndə yaratdığı təəsüratları, düşüncə və fikirlərimi qələmə almağı zəruri saydım. Vəfaddinİbayevin “Suverenliyimizin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” (Bakı, 2025) kitabı, birinci növbədə müasir tariximizin yazılmasına yeni yanaşma baxımından diqqətimi cəlb etdi. Bu kitab təsadüfən əlimə keçən, yaxud mağazadan aldığım deyil. Redaktoru olduğum qəzetə göndərilmiş və bilavasitə profilimizə müvafiq olan yazının qəzetdə çap olunması bu kitabaolan marağımı artırdı və müəllifdən həmin yazını istədim. Beləliklə, qəzetimizdə “Tarixi zəfərin Olimpiya və idman yolu” yazıları çap edildi və mən də “Suverenliyin zəfər yolu” kitabını oxumağa başladım. Son illər belə bir qənaətə gəlmişəm ki, bizim nəsillə müqayisədə indi gənclik kitaba bir qədər biganədir. Bununla belə, həmişə “yaxşı kitab oxucusunu tapar” fikrinin tərəfdarı olmuşam və düşünmüşəm ki,hər hansı bir kitab kiminsə ruhunu oxşaya bilirsə, onun daxili aləminə təsir edə bilirsə, öz oxucusunu tapacaqdır. 

“Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı 33 fəsildən ibarətdir və bu fəsillər 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin xalqa müraciətləri, müsahibələrinin xronoloji ardıcıllıqla elmi təhlilidir. Kitabda Vətən müharibəsi dövründə Ali Baş Komandanın müharibədə yaralanmış əsgər və zabitlərlə görüşü də əksini tapmışdır. 44 günlük müharibənin 33 günündə cənab İlham Əliyev ya xalq müraciət etmiş, ya müsahibə vermiş, ya da qazilərlə görüşmüşdür. Belə bir ifadə var: “aysberqin görünən tərəfi”.  44 günün otuz üçündə müharibə aparan ölkənin başçısı müxtəlif tədbirlərdə iştirak etmişdir və bunların hər biri kifayət qədər çox vaxt tələb etmişdir. Onu da qeyd etmək istərdim ki, müharibədə olan ölkənin Ali Baş Komandanın hər gün külli miqdarda təxirə salınmaz işləri olmuşdur. O, ordu ilə əlaqədə olmalı, müxtəlif istiqamətlərdə gedən döyüşlərdə vəziyyəti bilməli, göstərişlərini verməli idi. Bundan əlavə müharibə dövründə Azərbaycanın haqq işini müdafiə edən, eləcə də bu işə mane olmaq istəyən ölkə başçıları ilə danışıqlar, cəbhənin silah və digər təminatları, həmçinin burada yazmadıqlarımız məsələlərə də vaxt sərf etmək lazım idi. Bu qədər işləri görməyin öhdəsindən, şübhəsiz ki, hər bir Ali Baş Komandan gələ bilməzdi. Bizim, ümumiyyətlə, Azərbaycanın xoşbəxtliyi onda olmuşdur ki, Ali Baş Komandanımız bütün bu işləri görə bilmişdir. Ola bilsin ki, biz Ali Baş Komandanın 44 günlük Vətən müharibəsindəki iş qrafikini heç bir vaxt bilməyəcəyik. Ancaq ağıl və düşüncəmiz bizə 44 günlük müharibə dövründə kimin nə qədər iş gördüyü haqqında həqiqəti daha aydın deyir. 

“Suverenliyin zəfər yolu müasir tariximizdir” başlığını seçərkən mən həm bu tarixə öz baxışımı, həm də oxuduğum kitabdan irəli gələn müddəa və fikirləri əsas götürmüşəm. Bu gün Azərbaycan təkcə Zaqafqaziyaadlandırılan bir məkanda deyil, bütün dünyada tanınan ölkədir. Belə bir vəziyyət, belə bir reallıq, demək olar ki, indiyə qədər olmayıbdır. Suverenliyin zəfər yolundan bəhs edən kitabda Azərbaycanın beynəlxalq münasibətlər sistemində hazırkı mövqeyi tutmasına aparıb çıxarmış ideya və xətlərin əksəriyyətini görmək olur. Azərbaycan Prezidentinin televiziyada yayımlanmış müsahibələrindən birində dediyi fikir indi siyasi verilişlərin anonslarında tez-tez səslənir: “Heç zaman işğalla barışmayın!” Hesab edirəm ki, Azərbaycanın zəfəri də işğala belə yanaşmadanqaynaqlanmışdır.

“Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı müasir tariximizi hansı istiqamətlərdən öyrənməyə və yazmağayeni elmi yanaşma təqdim edir. Əgər məsələyə reallaşan ideyalar istiqamətindən baxsaq, hər şeydən əvvəl, biz atəşkəsin nə üçün və necə əldə olunmasının dərin elmi təhlilini verməli olacağıq. Atəşkəs diqqəti ölkədə ümumi sabitliyin yaradılması üzərinə yönəltməyə imkan vermişdi, Azərbaycanda müxtəlif sahələrin inkişaf etdirilməsi zəmin yaratmışdı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında atəşkəsə münasibətini ifadə edərkən demişdir: “Siz yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev rəhbərliyə gələndən sonra çox uğurlu hərbi əməliyyatlar aparılmış, torpaqlarımızın bir hissəsi qaytarılmışdır. Ancaq o vaxt Azərbaycanın hərbi gücü və iqtisadi gücü imkan vermirdi ki, müharibə davam etsin. Bu, reallıq idi. O vaxt müharibə dayanmalı idi ki, biz güc toplayaq, möhkəmlənək, güclənək və daha da güclü mövqedən çıxış edək. Elə də oldu. 1993–2003-cü illər inkişaf illəri oldu” (İlham Əliyev). 

Azərbaycan həm güclənməyə həm də güclü mövqe qazanmağa başladı. Azərbaycan beynəlxalq münasibətlər sisteminə sürətlə inteqrasiya etmiş, dünyanın aparıcı ölkələri sırasında öz yerini qısa müddətdə tapmışdır. Şübhəsiz ki, bu mövqeni qazanmaqda ölkənin beynəlxalq miqyasda tanıtdırılması istiqamətindəki fəaliyyət özünəməxsus rol oynamışdır. 

Mübaliğəsiz demək olar ki, biz müstəqilliyimizi bərpa etdikdən sonra ilk qələbələrimizi idman sahəsində qazanmışıq. Bu qələbələrə bizi möhtərəm Prezidentimiz cənab İlham Əliyev aparmışdır. Kitabda idman qələbələrinin zəfərlə bağlılığının ifadəsində də fikrimizin təsdiqini tapırıq: “İlham Əliyev qələbə qazanmağa, xalqa onu dadızdırmağa çoxdan başlamışdı. O, ilk vaxtlar bunu idman meydanlarında sınaqdan keçirdi. İdman yarışları da özünəməxsus döyüş idi. Bunlar sülh yolu ilə həyata keçirilsə də, burada mübarizə, rəqabət, əzmkarlıq, qələbə, dövlət bayrağının dalğalandırması var idi. İdman sahəsində də qələbələri qazanmaq üçün uzunmüddətli hazırlıq, məşqlər, təlimlər vacib idi. İlham Əliyevin idman aləmində sınaqları uğurlu oldu. O, Azərbaycan gənclərində döyüşmək, qalib gəlmək ruhunu kəşf etdi, o, beynəlxalq arenalarda dövlət bayrağımızı dalğalandırdı, Azərbaycan oğul və qızları onun rəhbərliyi ilə çempion adını qazandı, qələbə çaldı, Azərbaycan himnini səsləndirdi” (İbayev 2025, s. 327). İdman uğurlarımız reallaşan ideyaların birinciləri sırasında öz yerini tutmuşdur. Fəxrlə demək olar ki, idman qələbələrimizdə dinamika özünü ardıcıl nümayiş etdirmişdir. Azərbaycan idmançıları Olimpiya Oyunlarındakı nəticələrini ardıcıl yaxşılaşdırmışlar. Əgər 2000-ci ildə Sidneydə üç medal qazanmışdıqsa, 2016-cı idəRio Olimpiadasından idmançılarımız Vətənə 18 medalla qayıtmışlar.

Reallaşan ideyalar, qələbələrimizin hüquqi əsasları haqqında verilmiş faktlar, təhlillər dərin elmi araşdırmalara əsaslanmışdır. Təbii ki, bir məqalə çərçivəsində onların hamısı barədə danışmaq mümkün deyil. Amma məlumdur ki, Qoşulmama hərəkatının yaradıcısı və banisi də Prezidentimiz İlham Əliyev olmuş və bu Hərəkat bizim haqlı mübarizəmizi dəstəkləmişdir.

“Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabını oxuyanların böyük əksəriyyəti və deyərdim ki, bəlkə də hamısı siyasi paralellərlə bağlı hissələri təkrar-təkrar nəzərdən keçirmişlər. Kitabda verilmiş siyasi paralellərin dəyəri və əhəmiyyəti çox böyükdür. Tarixdə ad çıxarmış sərkərdələrə, dövlət başçılarına, görkəmli şəxsiyyətlərə münasibətimiz fərqli ola bilər. Lakin bizim üçün ÇingizxanÇingizxandır, SezarSezardır, NapaleonNapaleondur, RüzveltRüzveltdir və i. a. Kitabdakı siyası paralellər Azərbaycan Silahlı qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin müharibənin konkret situasiyalarında qəbul etdiyi qərarların belə şəxsiyyətlərin oxşar vəziyyətdəki qərarları ilə eynilik və oxşarlıq təşkil etməsini həm tapmalı, həm yazmalı, həm də təbliğ etməliyik.

33 fəsildən ibarət olan kitabın 25 fəslinin hər biri Azərbaycan Prezidentinin 44 günlük müharibə dövründə verdiyi ayrı-ayrı müsahibələrə həsr olunmuşdur. Media mənsubu kimi mənim diqqətimi və marağımı bu müsahibələrə onları aparan jurnalistlərin yanaşmasını və münasibətini aydınlaşdırmaq daha çox cəlb edir. Belə hesab edirəm ki, hər bir jurnalist, xüsusən müharibə dövründə müsahibə aparıb ictimai fikrin formalaşmasına təsir göstərən jurnalist neytral mövqedə durmalı, əsl jurnalist etikası sərgiləməlidir. Təəssüf ki, həmişə belə olmur. Təcrübədən aydın olur ki, müsahibələrdə müəyyən tərəflərin maraqlarına xidmət göstərmək halları az olmur. Müsahibələrin qeyd edilən aspektdən, yəni bilavasitə müsahibə aparan jurnalistmövqeyindən qiymətləndirilməsini də həmişə müasir tariximiz baxımından çox vacib saymışam. Belə qiymətləndirmə dostu, düşməni tanımağa kömək edir. Müəllif kitabda birbaşa belə dəyərləndirməaparmamışdır. O, Azərbaycan Prezidentinin suallara verdiyi istinadla suallardakı sətiraltı mənaları, gizli mövqeni aşkara çıxarmışdır. 

Fikrimcə, 2020-ci il oktyabrın 9-da “SkyNews” televiziya kanalına müsahibədə Azərbaycan Prezidentinə ünvanlanmış suallar və onlara cavabların kitabdakı təhlilindəki bəzi məqamlara toxunmaq lazımdır. 44 günlük müharibə sentyabrın 27-də başlanmışdı və oktyabrın 9-da müharibənin 14-cü günü gedirdi. Cəbhədəki vəziyyət tam şəkildə Azərbaycanın xeyrinə idi. Ordumuz işğal altında olan ərazilərimizi sürətlə azad edirdi. Belə bir şəraitdə jurnalist ilk sualını görünnecə formalaşdırmışdır: “Fransa prezidenti bu günlərdə atəşkəsin razılaşdırılacağına və Sizin danışıqları bərpa edəcəyinizə əmin kimi görünür. Bunun başvermə ehtimalı varmı və hansı şərtlər əsasında?” Sualda üç məqam diqqəti cəlb edir. Birincisi, niyə Fransa Prezidentinə istinad edilir, ikincisi, niyə o, atəşkəsə əmindir, və nahayət, niyə atəşkəs şərtləri məsələsi ortaya atılır? Aydındır ki, döyüşlər getdikdə hər iki tərəf itkilər verir. Jurnalist humanist mövqe nümayiş etdirib müharibənin dayandırılması məsələsini ön plana çəkə bilər.  Ancaq bu müsahibəni aparan jurnalisti, əslində, belə bir humanist hiss maraqlandırmır. O, hansısa şərtlərlə danışıqlara çağırır və bu danışıqların olacağına Fransa prezidentinin əminliyini qabardır. Ali Baş Komandan “İlham Əliyev Azərbaycan dövlətinin həmişə münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olmasına baxmayaraq, 28 il müddətində Ermənistanın müxtəlif bəhanələrlə danışıqlar prosesini uzadaraq status-kvonun dəyişilməz saxlanılmasına nail olduğunu qeyd etdi. Əmin olduğunu bildirdi ki, silahlı münaqişə başlanandan sonra qarşılaşdıqları vəziyyət Ermənistanın daha məntiqli olacağına və danışıqlar prosesinə məsuliyyətlə yanaşacağına ümid yaradır” (İbayev 2025, səh. 179). Azərbaycan Prezidenti birinci suala cavabın sonunda demişdir: “Danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır”.Konkret cavaba baxmayaraq, jurnalist:“Biz hansı ərazilərdən danışırıq? Biz, sadəcə, Dağlıq Qarabağdan danışırıq, yoxsa onların təhlükəsizlik zonası adlandırdıqları işğal olunmuş yeddi Azərbaycan rayonundan danışırıq?”, -sualınıverir və sonda “Çünki aydındır ki, Siz bu torpaqların hamısını geri ala bilməyəcəksiniz”, -  cümləsini də əlavə edir. Burada tərəfkeşlik aşkar hiss olunur. Jurnalist bütün müsahibə boyu bu mövqedən çıxış edir. Müəllif kitabda jurnalistin sualından sonra Prezidentin cavabındakı əsas məqamları təhlilə cəlb edir və bu cavabların hüquqi əsaslarını ortaya qoyur, həmçinin onların həqiqət olduğunu müvafiq siyasi paralellər aparmaqla bir daha sübuta yetirir. Fikrimizcə, jurnalistin qabaqcadan hazırladığı və hadisələrə birtərəfli mövqe sərgiləyən suallarına verilən cavablar, eləcə də haqqında bəhs etdiyimiz kitabdakı təhlillər, siyasi paralellər jurnalistikanın həm nəzəri, həm də praktik məsələlərini öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır. Yəqin ki, gələcəkdə bu istiqamətdə də araşdırmalar aparılacaqdır. 

Ümumiyyətlə, bu yaxınlarda çapdan çıxmış, geniş oxucu kütləsinə ünvanlanmış “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabında tədqiqat obyekti 44 günlük Vətən müharibəsi dövründəki siyasi diskursdur. Müəllif məhz bu siyasi diskurs əsasında müasir tariximizin ən vacib məsələlərinin dərin elmi təhlilini verə bilmiş, bu tariximizin öyrənilməsi üçün uğurlu metodoloji baza formalaşdırmışdır. 

Murad Fərzəliyev
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see388

Motsarta aid 44 səhifəlik əlyazma tapıldı Fotolar

20 İyun 2026 04:52see256

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see244

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see241

Qarabağ dan kimlər gedir, kimlər gələcək? Qurban Qurbanov danışdı

21 İyun 2026 12:21see239

Kütləvi ixtisarlar Meta da böhran yaradıb

20 İyun 2026 05:44see224

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

20 İyun 2026 11:51see215

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see214

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see212

Kanada Qətərlə oyunda bir ilki həyata keçirib

20 İyun 2026 06:15see211

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see211

Almaniya Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

21 İyun 2026 04:11see207

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see204

“ Niyə yadplanetlilər Yerə tələsmir?“ Alimlır 3 əsas səbəbi açıqlayıb

20 İyun 2026 15:51see175

Cim Kerri yenidən Qrinç rolunu oynamağı düşünür...

20 İyun 2026 21:14see164

“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır“ Taleh Yəhyayevdən ŞOK sözlər

21 İyun 2026 10:17see163

Bu ağrıya ciddi yanaşın! İnfarkt əlaməti ola bilər

20 İyun 2026 17:55see161

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

20 İyun 2026 20:49see159

İnfarktdan sağ çıxanlar: Bir neçə saat əvvəl bunu yeyiblər

21 İyun 2026 01:55see155

Pakistanın Baş naziri və ordu komandanı ABŞ İran danışıqları üçün İsveçrəyə uçub

21 İyun 2026 02:00see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri