Icma.az
close
up
RU
Süveyş kanalında yaranan kritik vəziyyət

Süveyş kanalında yaranan kritik vəziyyət

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Daşımalar kəskin bahalaşır

Bir sıra hallarda müharibələr lokal xarakter daşısa da, onların fəsadları daha geniş coğrafiyalarda hiss olunur. Bu baxımdan ötən ilin oktyabrında  İsraillə - HƏMAS arasında Qəzzada başlayan, sonradan isə ətraf bölgələrə yayılan qarşıdurma da xarakterikdir. Yaxın Şərqdə geosiyasi şəraitin gərginləşməsi, müharibənin sonunun görünməməsi dünya üçün özünün fəsadlarını getdikcə daha sərt şəkildə göstərməkdədir. Müharibədən xüsusilə nəqliyyat arteriyaları ciddi şəkildə təsirlənir. Qırmızı dənizdə, Süveyş kanalında yaranan vəziyyət bunun əyani təsdiqidir.

Avropa ilə Asiya arasında əsas ticarət yolu

Süveyş kanalı Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan və Asiyanı Afrikadan ayıran süni su kanalıdır. 1858-ci ildə Ferdinand de Lessepsin qurduğu Suez Canal Company tərəfindən 1859-1869-cu illər arasında inşa edilib. Kanalın açılışı 17 noyabr 1869-cu ildə baş tutub.

Süveyş kanalının əhəmiyyəti iki nöqteyi-nəzərdən dəyərləndirilir. Birincisi, bu kanal beynəlxalq ticarətin, qitələrarası tranzit daşımalarının asan, ucuz və tez başa gəlməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir. Uzunluğu 193,30 km (120,11 mil) olan kanal indiyədək Avropa ilə Asiya arasında əsas ticarət yolu funksiyasını daşıyıb. İndiki kritik dönəmədək dünya ticarətinin 12-19 faizi bu kanal vasitəsilə reallaşıb. Başqa sözlə desək, il ərzində 1 trilyon dollarlıq ticarət Qırmızı dənizdəki  Süveyş kanalı vasitəsilə həyata keçirilib. Asiya və Körfəz dövlətlərindən  Avropa İttifaqı məkanına daxil olan ölkələrə gələn məhsulların15 faizi Süveyş kanalı vasitəsilə daşınıb. Bu süni kanal Avropa və Asiya arasındakı dəniz məsafəsini minlərlə kilometr qısaldır və bununla da səyahət vaxtını və nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır. Bütövlükdə, dünya ticarətində Süveyş kanalının  payı 12 faiz həcmində dəyərləndirlir ki, bu da kifayət qədər böyük həcmdir.

Süveyş kanalı, eyni zamanda, Misir üçün milli səviyyədə müstəsna önəm daşıyan bir yoldur. Ölkənin ümumi daxili məhsulunun və valyuta gəlirlərinin xeyli hissəsi məhz Süveyş kanalı vasitəsilə reallaşan tranzit keçidlərindən əldə olunan vəsaitlər hesabına formalaşır. Misirin bu kanaldan illik gəliri bir neçə milyard dollar təşkil edir. Buna görə də Misir hökuməti kanalın funksionallığının və  rəqabət imkanlarının artırılmasında maraqlıdır. Bir vaxtlar buradan daha böyük qabaritli tankerlərin keçidinə müəyyən əngəllər var idi. Misir hökuməti ərazidə dərinləşdirmə və genişləndirmə tədbirləri görməklə bu əngəlləri aradan qaldırmağa müvəffəq olub. Bununla da nəhəng tankerlərin də kanaldan rahat keçidi təmin olunub. Hazırda geosiyasi vəziyyətin gərginləşməsi səbəbindən Süveyş kanalına artan təhdidlər qlobal səviyyədə müzakirələrə yol açdığı kimi, Misir hakimiyyətini də ciddi şəkildə narahat edir.

Beynəlxalq birliyin və Misir hakimiyyətinin narahatlığna rəğmən, hələlik Süveyş kanalında və bütövlükdə Qırmızı dənizdə vəziyyət kritik həddə gərgin olaraq qalmaqdadır. Husilər Qırmızı dənizdə hərəkət edən, o cümlədən də Süveyş kanalından keçən gəmiləri atəşə tutmaqla, yükləri müsadirə etməklə qlobal güc mərkəzlərini, beynəlxalq təşkilatları İsrailin müharibə arealını genişləndirməsinin qarşısını almaq üçün daha təsirli tədbirlər görmək məcburiyyəti ilə üz-üzə qoymaq istəyirlər. Düzdür, ABŞ və bir sıra digər ölkələr, o cümlədən də BMT Süveyş kanalının bağlanmasından narahatlıqlarını ifadə edən bəyanatlar səsləndiriblər, hətta Vaşinqton Qırmızı dənizdə gəmilərə hücumların qarşısını almaqdan ötrü hərbi texnika da göndərib. Ancaq bunlar husilərin geri çəkilməsi üçün kifayət deyil. Onlar dəniz ticarət yoluna hücumlarını dayandırmaqdan ötrü tələblərinin yerinə yetirilməsində israrlıdırlar. Hələlik nə ABŞ-nin, nə də BMT-nin gördükləri tədbirlər və etdikləri çağırışlar Süveyş kanalında hərəkətin əvvəlki məcraya qaytarılması üçün yetərli deyil.

Qlobal iqtisadiyyata yaranan təhdidlər

Gəmi izləmə və reytinq xidməti olan VesselsValue tərəfindən aparılan araşdırmaya görə, 2024-cü ilin avqust ayında kanaldan ümumi dedveyti 27,9 milyon ton olan 427 yük daşıyıcısı keçib ki, bu da 2023-cü ilin avqust ayındakı dedveyti 45,9 milyon ton olan 703 gəmidən xeyli aşağıdır. Tanker keçidi 49,8 faiz və ya 385 gəmidən 202-yə qədər azalıb.

O cümlədən Süveyş kanalı vasitəsilə daşımanın azalması səbəbindən Misir iqtisadiyyatı 6 milyard dollar zərər çəkib. Bunu Misirin xarici işlər naziri Bədr Əbdül Aati Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominqes ilə danışıqlar zamanı bildirib.

Süveyş kanalının bağlanmasının isə qlobal iqtisadiyyata təsirlərinin kifayət qədər ağır olacağı proqnozlaşdırılır. Uzun daşımalar təchizatın ləngiməsi deməkdir. Bu isə qlobal iqtisadiyyatın çevikliyinin və tezliyinin aşağı düşməsində əks olunacaq. Eyni zamanda, daşıma xərclərinin artması qaçılmazdır və artıq bunun təzaherləri özünü göstərir. Qırmızı dənizdəki  gəmiçilik böhranı cari ilin əvvəlindən bəri bir çox sektorda tariflərin yüksəlməsinə səbəb olub . “Clarksons Research”-in son məlumatları göstərir ki, Süveyş kanalının bağlanması nəticəsində bu il ticarət gəmiçiliyi ton millə 6,5% artıb, bu da 2010-cu ildən bəri ən yüksək göstəricidir. O cümlədən alternativ və daha uzun marşrutlar ton-mil və gəmi gəlirlərini artırıb. Capesize kimi toplu daşıyıcıların tarifləri illik 61,8 faiz artaraq gündə 14,400 dollardan 23,300 dollara yüksəlib. Tanker seqmentində tariflər də artmaqda davam edir, məsələn, MR tankerləri üçün illik dövr tarifləri 6,2 faiz artaraq gündə 44,3 min dollara çatıb.

Eyni zamanda, demək olar ki, hər bir alt sektorda və ölçü kateqoriyasında gəmi xərcləri artır. 15 il əvvəl tikilmiş dedveyti 180 min ton olan kapessizlərin qiyməti 45,5 faiz artaraq 19,9 milyon dollardan 28,9 milyon dollara, eyni yaşda olan 50 min ton dedveytli tankerlərin qiyməti isə bir il ərzində 27,6 faiz bahalaşıb - 22,6 milyondan 29,1 milyon dollara qədər.

Süveyş kanalında kritik vəziyyət yaranması diqqətləri alternativ marşrutlara çəkir. Daşıma şirkətləri və yük sahibləri təhlükəsiz yollar axtarırlar. Belə bir şəraitdə Azərbaycandan keçən Şimal-Cənub və Orta Dəhlizin üstünlükləri  önə çıxır. Diqqətəlayiq haldır ki, bu dəhlizlər respublikamızın ərazisində bir-biri ilə əlaqələndirlib və yükləri müxtəlif istiqamətlərə daşımaq mümkündür.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Noyabr 2024 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri