Icma.az
close
up
RU
Suvorov, Kutuzov, Çaadayev, Turgenyev ... türkdürlər Pavel Zarifulindən sensasion açıqlama

Suvorov, Kutuzov, Çaadayev, Turgenyev ... türkdürlər Pavel Zarifulindən sensasion açıqlama

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Tanınmış publisist və etnosiyasi təhlilçi Pavel Zarifulin Türklərin Rusiya tarixindəki rolu ilə bağlı maraqlı və bir o qədər də diqqətçəkən açıqlama verib. Rusiya mediasına verdiyi müsahibədə o, deyib:

“Türklər Rusiyaya aristokratiya bəxş etdi”.

Zarifulin qeyd edib ki, Rusiya dövlətçilik tarixində əsas sosial elita və hərbi aristokratiya təbəqəsinin formalaşmasında türk mənşəli tayfaların, xüsusilə də oğuz, qıpçaq və digər türk komponentlərinin ciddi rolu olub.

Zarifulin bu fikriylə yalnız müasir dövrə deyil, həm də tarixdə mühüm yer tutmuş rus hərbi və siyasi elitasına istinad edib. O, mənşəcə türk olan XX əsrin görkəmli rus tarixçisi, etnoloqu, şərqşünası və fəlsəfəçi-alimi Lev Qumulyovdan sitat gətirərək, bildirib ki, Rusiyanın zadəgan ailələrinin yarısı, hətta 4/3 -ü türk - tatar mənşəlidir. Aleksandr Suvorov, Mixail Kutuzov, Çadayev, Turgenyev və onlarla bu cür tanınmış simalar türk kökənlidirlər.

Tarixçilərin bir qismi də təsdiqləyir ki, Rusiya tarixində xidmət etmiş bir çox hərbçi və idarəçi əsilzadə, yazıçı - filosof tatar və qıpçaq soylarından çıxmışdılar və onlar sonradan rus mədəniyyətinə inteqrasiya olunaraq imperiyanın sütunlarına çevrilmişdilər.

Musavat.com bildirir ki, bu cür fikirlər hazırda Rusiyada müəyyən dairələrdə həm simpatiya, həm də tənqid doğurur. Bəzi siyasi analitiklər Zarifulinin bu açıqlamasını “tarixi ədalətin bərpası” kimi dəyərləndirsələr də, digərləri bunu rus identikliyinə qarşı yönəlmiş təhlükəli yanaşma kimi qiymətləndirir.

Pavel Zarifulin isə hesab edir ki, Rusiyanın çoxmillətli tarixini gizlətmək yox, əksinə, bütün etnik qatqıları qəbul etmək lazımdır:

“Rusiya elə bir dövlətdir ki, onu böyük edən bütün xalqların töhfəsidir. Türklər bu töhfənin əsas hissəsini təşkil edir".

Kontekst: Zarifulin kimdir?

Pavel Zarifulin “Yeni Avrasiya” təşəbbüsünün fəal iştirakçılarından biri kimi tanınır. O, Avrasiyaçılıq ideyalarının tərəfdarıdır və rus tarixində qeyri-slavyan komponentlərin rolunu önə çıxaran mövqeyi ilə seçilir.

Musavat.com bu mətnə əlavə olaraq, Zarifulinin kiçik bir video açıqlamasını təqdim edir.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 May 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri