Icma.az
close
up
RU
1799 cu ildə Suvorov Alpları niyə aşmışdı? Rusiyanın köləlik naminə qanlı savaşları

1799 cu ildə Suvorov Alpları niyə aşmışdı? Rusiyanın köləlik naminə qanlı savaşları

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Bu esse, Rusiya tarixinin son iki əsrlik dövrünə kritik bir baxış bucağı təqdim edən dərin siyasi-tarixi analizdir. Müəlliflər Aleksandr və Olqa Belyayevski, Rusiyanın həm imperiya, həm sovet dövrü, həm də bu gün xarici ölkələrdəki azadlıq hərəkatlarını boğmaq siyasətini mənəvi və məntiqi cəhətdən sorğulayırlar.

Mətn Rusiyanın XVIII əsrin sonundan başlayaraq bu günə kimi Avropada yaranan demokratik və azadlıq meyllərinə qarşı apardığı sistemli mübarizədən bəhs edir. Müəlliflər iddia edirlər ki, Rusiya öz daxili problemlərini həll etmək əvəzinə, tarixi enerjisini başqa xalqların azadlıq arzularını məhv etməyə sərf edib.

Qaynarinfo həmin esseni təqdim edir:

...Görəsən Rusiya feldmarşalı Aleksandr Suvorov 20 min əsgərlə Alplardan keçib İsveçrəyə niyə getmişdi?

Məqsəd — İsveçrəni inqilabçı fransız qoşunlarından təmizləmək və sonra Parisə doğru irəliləmək idi. Çünki Paris inqilabın ürəyi, azadlıq, bərabərlik, qardaşlıq elan edən və krallara ölüm hökmü oxuyan şəhər idi.

Məqsəd — inqilabı boğmaq, Fransanı ram etmək, insanları əvvəlki hüquqsuzluğa sürükləmək, köhnə nizamı bərpa etmək idi.

Moskvadan İsveçrəyə qədər 2 min kilometrdən çox, Parisə isə ondan da artıq məsafə var. Rus piyadası bütün Avropanı piyada keçirdi ki, Toskana çöllərində köləlik naminə həlak olsun və monarxiyanın, təhkimçilik hüququnun, türmələrin və senzuranın şərəfinə Alp uçurumlarına yuvarlansın.

1830-cu ildə Belçika üsyan etdi və Hollandiyadan ayrıldı.

Çar I Nikolay manifest verərək Belçikanı üsyanına görə, Sankt-Peterburqdan icazə almadan ayrıldığına görə, öz kralını qovduğuna və nizamı pozduğuna görə, konstitusiya, insan haqları və azadlıq haqqında düşüncələrinə görə təhdid etdi. Artıq Belçika inqilabını boğmaq üçün qoşunlar toplanırdı, lakin məhz bu vaxt polyaklar üsyan qaldırdı və Belçika yaddan çıxdı.

Polyaklar üç dəfə — 1794, 1830 və 1863-cü illərdə aşkar dərəcədə güclü düşmənə qarşı üsyan etdilər; Şərqdən gələn yüz minlik və iki yüz minlik ordularla döyüşə girdilər, partizan müharibəsi apardılar, yüzlərlə, minlərlə şəhid verdilər, müstəqil Polşa, azadlıq və konstitusiya arzuladılar. Üsyanlar darmadağın edildikdən sonra isə mərhələli şəkildə Sibirə ömürlük sürgünə göndərildilər.

İmperiya üç dəfə polyak üsyanlarını yatırtdı, polyakların beynindən müstəqillik fikrini qazıyıb çıxarmağa çalışdı, asdı və türmələrə saldı, professorları və şairləri mühacirətə qovdu, bütün gövdəsi ilə üzərlərinə çökərək öz bildiyində israr etdi: Polşa Rusiyanın ayrılmaz hissəsidir və o, azad olmayacaq!

Lakin bugünkü gündən baxanda görürük ki, Polşanı məcbur etmək üçün əsrlərlə çəkilən bu inadkar əmək mənasız imiş. Tarixin hansı istiqamətə getdiyini anlamağa ağıl və fəhm çatmadı. Sadəcə minlərlə insanı nahaq yerə məhv etdilər.

Budapeştin mərkəzində general Bemin heykəli ucalır. 1848-ci ildə Macar inqilabı zamanı polyak Bem macar qoşunlarına komandanlıq edirdi. Lakin Rusiya polyak üsyanlarını Prussiya ilə birlikdə, kimin hansı nahiyədə güllələyəcəyini və asacağını qabaqcadan müəyyən edərək necə boğurdusa, macar inqilabını da Avstriya ilə birlikdə eləcə boğdu. Adam elə bilir ki, bizə nə var Macarıstandan, qoy necə istəyir yaşasın! Amma yox, insanlara istədikləri kimi yaşamağa icazə vermək olmaz — və buna görə də bura, Macarıstana, Transilvaniyaya rus ordusu yüzlərlə verst yolu piyada gəlirdi ki, insanları boğsun, dağıtsın, ram etsin və nifrət etdikləri, dözmək istəmədikləri hakimiyyətin altına geri qaytarsın.

XVIII əsrin sonundan başlayaraq Rusiyanın vəzifəsi məhz bu idi — Avropanın jandarmı. O, İtaliyaya korpuslar, Macarıstana diviziyalar göndərir, Londonda Herseni izləyir, Fransa və Avstriyada rusiyalı siyasi mühacirlərin ovuna çıxırdı. Parisə parislilərin başından yakobin papaqlarını qoparmağa, onları köhnə nizamın adına and içdirməyə gedirdi, amma axırda gəlib İpatyev evinin zirzəmisinə çıxdı.

İncildə insanlardan qovulan cinlər donuzlara dolur, qorxu filmlərində isə monstr öldürülmüş bədəndən yeni, sağlam bədənə sıçrayır. Beləcə, imperialist təkəbbürü və imperialist sadizmi Rusiya imperiyasından sovet respublikasına keçdi. İndi artıq azadlıq naminə jandarmı öldürənlər özləri jandarma çevrildilər. Və yenə də ümumi Avropa casusu işğal olunmuş Avropada ən kiçik təravətli meh əsintisini belə təqib edərək bədgüman baxışlarla süzürdü. Yenə də ordular ağır-ağır yerindən tərpənir və boğmağa gedirdi.

1953-cü ildə küçələrə çıxan Berlin fəhlələrinə qarşı tanklar.

1956-cı ildə Budapeştdəki üsyançılara qarşı.

1968-ci il Praqa baharına qarşı.

Hər şey olduğu kimi qalırdı, sadəcə söz örtüyü və təbliğat qabığı fərqli idi. Rusiya yenə də Şərqdən gələn sağalmaz bir monstr kimi polyakların, almanların, çexoslovakların azadlığa, demokratiyaya, çoxpartiyalılığa və senzurasızlığa olan meyillərinin üzərinə atılıb onları boğur, yenə öldürür və sürgün edir, dindirir və həbs edirdi.

Və yenə də korluq var idi, sadəcə gözlərdəki imperiya pərdəsini sovet pərdəsi əvəz etmişdi. Əvvəllər Romanovlar necə idisə, indi də baş katiblər dayandıra bilməyəcəkləri zamanın hara getdiyini hiss etmir, görmür və anlamırdılar.

Ölü baxışları ilə Avropanı süzərkən hər yerdə yaşamaq istəyən həyatı, azadlıq xəyalları quran tələbələri, həmkarlar ittifaqı arzulayan fəhlələri, senzuraya nifrət edən yazıçıları, işğala etiraz edən nümayişçiləri görürdülər.

Və bir dəfə də olsun onların daşlaşmış beyinlərində belə bir sual yaranmadı: "Biz bütün bunları niyə edirik? Niyə başqalarının işinə qarışırıq və insanlara onların nifrət etdiyi şeyi zorla qəbul etdiririk? Ölkənin gücünü və tarixi zamanını onsuz da boğulması mümkün olmayan bir şeyi boğmağa niyə sərf edirik? Məgər bizim Rusiyada — yoxsul, boşalan, qanı sorulmuş Rusiyada — görüləsi işimiz yoxdur?.."


Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri