Icma.az
close
up
RU
“Suya dəyər qatırıq” devizi ilə keçirilən VI Xəzər Su İnnovasiya Forumu uğurla yekunlaşdı

“Suya dəyər qatırıq” devizi ilə keçirilən VI Xəzər Su İnnovasiya Forumu uğurla yekunlaşdı

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

12 sentyabr 2025-ci ildə Baku Expo Center-də “AQUALİNK” şirkətinin təşkilatçılığı ilə VI “Xəzər Su İnnovasiya Forumu” keçirilib. “Suya dəyər qatırıq” devizi ilə reallaşan forum ölkəmizdə su ehtiyatlarının səmərəli və dayanıqlı idarə edilməsi, ekoloji tarazlığın qorunması və innovativ həllərin tətbiqi mövzularında müzakirə və əməkdaşlıq üçün mühüm görüş məkanı kimi çıxış edib.

VI Xəzər Su İnnovasiya Forumunun rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, qabaqcıl şirkətlər və elmi-akademik mühitin ekspertləri bir araya gələrək aktual çağırışlara dair fikir mübadiləsi aparıb.

Tədbirin gold sponsoru “A. O. Smith” şirkətidir. Sponsorları “Ecosoft”, “BioWorks”, “JUMO”, “NCC (Newtech Chemical Company)” şirkətləridir.

Tədbirdə açılış nitqləri ilə çıxışlar baş tutub. İlk olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov tədbirin əhəmiyyətini qeyd edərək, su ehtiyatlarının qorunmasının qlobal və regional önəmindən bəhs edib.

Ardınca Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman forumun əməkdaşlıq imkanlarına verdiyi töhfələri vurğulayıb.

Açılış nitqlərinə yekun olaraq “Aqualink” MMC-nin icraçı direktoru Orxan Mikayıl tədbir iştirakçılarını salamlayaraq forumun ölkəmiz üçün əhəmiyyətini ön plana çəkib.

Proqram çərçivəsində 4 əsas panel müzakirəsi keçirilib:

I Panel - Qabaqcıl su texnologiyalarının tətbiqinin üstünlükləri

Moderator: Həcər Hüseynova - ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Baş elmi işçisi

Panel spikerləri:

Onur Tuna – JUMO şirkətinin Almaniya üzrə Satış meneceriDr. Bastian Schnibel – Hydrophil GmbH şirkətinin Layihə Meneceri və Su və Ətraf Mühit üzrə Baş EkspertiOleq Avrutin – Polymer Construction Şirkətlər Qrupunun Belarus Respublikası üzrə Mühəndislik Mərkəzinin rəhbəriYevgeni Dolqov – DuPont Water Solutions şirkətinin Müştərilər üzrə baş meneceriAşkın Aksu – AO Smith şirkətinin Əməliyyat meneceri

II Panel - Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri

Moderator: Amin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İctimai Şuranın sədri

Panel spikerləri:

Dániel Pósa – Macarıstan Su Assosiasiyası, Fırtına Sularının İdarəolunması üzrə İşçi Qrupunun ekspertiYevhen Marıkin – Bioworks şirkətinin Region üzrə Satış Meneceri (MDB ölkələri və Balkanlar)Rafiq Verdiyev – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti, Kadastr, Uçot və Reyestr Şöbəsinin müdiriZaur Salmanlı – “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin sədri

III Panel - Təkrar emal etmə texnologiyaları və onların əhəmiyyəti

Moderator: Orxan Mikayıl – Aqualink şirkətinin icraçı direktoru

Panel spikerləri:

Yevhen Marıkin – Bioworks, Region üzrə Satış Meneceri (MDB ölkələri və Balkanlar)Oleq Avrutin – Polymer Construction Şirkətlər Qrupunun Belarus Respublikası üzrə Mühəndislik Mərkəzinin rəhbəriUlaş Emre Arslan – NCC şirkətinin İdarə Heyətinin sədri, CEORövşən Abbasov – Xəzər Universitetinin Ekoloji Tədqiqat Mərkəzinin direktoruEmin Dostiyari – Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri

IV Panel - Suyun idarə edilməsində innovativ texnologiyaların tətbiqi

Moderator: Rəşail İsmayılov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini

Panel spikerləri:

Maruthi Sridhar Balaji Bhaskar – Florida Beynəlxalq Universitetinin Yer və Ətraf Mühit Departamentinin professoru və Məzun Proqramı DirektoruHuseyin Kahraman – ProMinent GmbH, İdarəedici DirektorArtur Duşenko – KST Water MMC, Baş DirektorNatiq Mədətov – Aqualink MMC, İdarəedici direktorun müşaviri

Ölkəmizdə VI dəfə keçirilən “Xəzər Su İnnovasiya Forumu” iştirakçılarına su ehtiyatlarının dayanıqlı idarə olunması, qabaqcıl texnologiyaların tətbiqi və ekoloji təcrübələrin paylaşılması üçün unikal platforma rolunu oynayıb. Forum çərçivəsində panel müzakirələri, ekspert məruzələri və beynəlxalq təcrübələrin təqdimatı ilə iştirakçılar su sektorunda innovasiya və əməkdaşlıq imkanlarını öyrənərək, həmçinin gələcək layihələr üçün fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Sentyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri