Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Xəzər Su İnnovasiya Forumu Azərbaycanın su innovasiyaları üzrə regional liderliyini gücləndirəcək

Xəzər Su İnnovasiya Forumu Azərbaycanın su innovasiyaları üzrə regional liderliyini gücləndirəcək

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bizimyol.info xəbər portalı Aqualink şirkətinin təsisçisi Orxan Mikayıl ilə müsahibəni təqdim edir.Forumun əsas məqsədləri haqqında ətraflı məlumat verə bilərsinizmi? Məsələn, su idarəçiliyi, innovasiyalar və ekoloji təhlükəsizlik istiqamətlərində hansı konkret hədəflər mövcuddur?

- Şirkətimiz tərəfindən təşəbüs edilən və artıq ənənə halında hər il təşkil edilən Xəzər Su İnnovasiya Forumu bu il öz formatında və yeni evində, yeni tərəfdaşları ilə birlikdə keçiriləcəkdir. Forum 12 sentyabr 2025-ci il tarixində “Bakı Su Həftəsi” çərçivəsində “Bakı Ekspo Mərkəzində” təşkil ediləcəkdir.

Xəzər Su İnnovasiya Forumu su idarəçiliyi, innovativ texnologiyalar və ekoloji təhlükəsizlik sahəsində regionun ən mühüm dialoq platformasını yaratmağı hədəfləyir. Məqsədimiz təkcə mövcud problemləri müzakirə etmək deyil, konkret həllər üzərində işləməkdir. Biz su ehtiyatlarının səmərəli idarə olunması, iqlim dəyişikliyinə adaptasiya, qabaqcıl texnologiyaların tətbiqi və transsərhəd əməkdaşlığın gücləndirilməsi kimi strateji istiqamətləri prioritet kimi görürük. Forum həm də Azərbaycanın regional su innovasiyaları mərkəzinə çevrilməsinə töhfə verəcək.

Forum su sənayesində dövlət özəl tərəfdaşlığının inkişafına, yerli şirkətlərin inamlı böyüməsinə, öz təqdimatlarının edilməsinə, beynəlxalq şirkətlərin regiona daxil olmasına əlverişli şərait yaratmaqdadır. Bu ilki Foruma ABŞ, Türkiyə, Böyük Britaniya Krallığı, Almaniya, Niderland Krallığı, Macarıstan, İsrael, Çexiya və s.ölkələrdən şirkətlər və mütəxəssislər gələcəkdir. Təkcə bu ilki gündəliyin zənginliyi forumun vacibliyini təkrar sübut etməkdədir. Bu il Amerikadan Düpont, AO Smith, Böyük Britaniyadan Waterlogic, Avstriyadan Hydrophil, Almaniyadan Biovörks, Macarıstandan Pureco, hydrofilt kimi şirkətlərin Forumda çıxış etmələri və auditoriyaya yeni texnoloji həllər və ətraf-mühit texnologiyalarının çatdırılması mühim hadisə olacaqdır. Bu bir daha ölkəmizin əhəmiyyətini, dünya şöhrətli tədbirlər üçün ev sahibliyi etmə potensialını və əlverişli investisiya mühitinin oplmasını sübut etməkdədir.

"Suya dəyər qatırıq" şüarı nəyi ifadə edir? Bu mesajın tədbir üçün konkret şəkildə məzmunu və auditoriyaya çatdırılması necə planlaşdırılıb?

- İlkin olaraq forumu təsis etdikdə “Gələcək üçün Su” şüarı ilə çıxış etmişdik. Zaman keçdikcə “Su missiyamızdır (mission water)”, “Su hərəkatı (water action)” kimi şüarlarla hər yeni forumumuza rəng və yeni çağırışlar qatmağa başladıq. Son tədbirimizdən sonra ölkəmizdə keçirilən qlobal əhəmiyyətli “COP 29” tədbirindən sonra, təşkilatçı heyətlə qərarımız ölkəmizdə və dünyada getdikcə azalan şirin su ehtiyyatlarına diqqəti daha da artırmaq üçün “Suya dəyər qatırıq” şüarını seçdik. Düşünürük ki, bu şüar əsasən də gənc nəsil vətəndaşlarımızda və mühəndislərimizdə suya olan münasibətin dəyişməsində, suyun dəyərini və əhəmiyyətinin dərk edilməsində xüsusi rol oynayacaqdır.

Eyni zamanda, Bu şüar həm texnoloji, həm iqtisadi, həm də sosial baxımdan suya verdiyimiz dəyəri əks etdirir. Peşəkar auditoriya üçün bu, su sektorunda əlavə dəyər yaradan innovativ texnologiyaları, idarəetmə modellərini və investisiya imkanlarını nəzərdə tutur. Geniş ictimaiyyət üçün isə bu, hər damla suyun qorunmasının və məsuliyyətli istifadənin vacibliyi mesajını verir. Yəni məqsədimiz həm sektorun özündə yenilik yaratmaq, həm də ictimai şüuru gücləndirməkdir.

Forumun əsas auditoriyası kim olacaq? (məsələn, dövlət qurumları, beynəlxalq nümayəndələr, tədqiqatçılar, sənaye mütəxəssisləri və s.)

- Auditoriyamız çoxşaxəlidir. Burada dövlət qurumları, beynəlxalq təşkilatlar, su sektorunda fəaliyyət göstərən şirkətlər, elmi-tədqiqat institutları, universitetlər, startaplar, texnologiya inkişaf etdiriciləri, QHT-lər və ekoloji fəallar iştirak edəcək. Bu müxtəliflik həm yerli, həm də beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açacaq.

Tədbirin strukturu necədir? Panel müzakirələri, sərgilər, seminarlar və ya işgüzar görüşlər (B2B, B2G) kimi komponentlər varmı?

- Forum çoxkomponentli formatda keçiriləcək. Panel müzakirələri vasitəsilə su idarəçiliyi, texnologiyalar, siyasət və ekoloji məsələlər müzakirə olunacaq. Tematik seminarlar isə ixtisaslaşmış mövzuların dərin təhlilinə həsr ediləcək. Bundan əlavə, innovativ texnologiyaların təqdimat ediləcəyi panellərlə zəngin gündəliyimiz, eləcə də işgüzar görüşlər (B2B, B2G) üçün xüsusi platformalar nəzərdə tutulub. Bu, həm bilik mübadiləsi, həm də real tərəfdaşlıq qurmaq üçün mühüm imkan yaradacaq.

Forum 4 paneldən ibarətdir. Hər panel özünəməxsus mövzu və mütəxəssislərlə zəngindir. İlk panelimiz “Qabaqcıl su texnologiyalarının tətbiqinin üstünlükləri”, ikinci panelimiz “Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri”? üçüncü panelimiz “Çirkab suların Təkrar emal etmə texnologiyaları və onların əhəmiyyəti”, ən son panelimiz isə “Suyun idarə edilməsində innovativ texnologiyaların tətbiqi” mövzusunda olacaqdır.

AQUALİNK MMC-nin bu təşəbbüsdəki rolu nədir? Forumun təşkilat prosesi, tərəfdaşlar və dəstəkçilər haqqında məlumat verə bilərsinizmi?

- AQUALINK MMC forumun əsas təşəbbüskarı və təşkilatçılarından biridir. Biz konsepsiyanın hazırlanmasından tutmuş, tərəfdaşların cəlb olunmasına və proqramın formalaşmasına qədər bütün mərhələlərdə fəal iştirak edirik. Tədbir beynəlxalq təşkilatlar, dövlət qurumları və özəl sektor nümayəndələrinin dəstəyi ilə həyata keçirilir. Bu sinerji forumu sadəcə müzakirə platforması deyil, real nəticələr verən əməkdaşlıq mərkəzinə çevirir.

Forumda su texnologiyalarında süni intellekt və data analitikası mövzusu necə işlənəcək? Gələcəkdə bu yanaşma su idarəçiliyində hansı inqilabi dəyişikliklər yarada bilər?

- Biz bu mövzuya xüsusi önəm veririk. Forumda ayrılmış paneldə sensor şəbəkələrindən gələn məlumatların analizi, su sızmalarının real vaxtda aşkarlanması, iqlim modelləşdirməsi və istehlakın proqnozlaşdırılması kimi texnologiyalar müzakirə olunacaq. Süni intellekt və böyük verilənlər gələcəkdə su itkisini minimuma endirmək, qərar qəbulunu sürətləndirmək və resursların optimallaşdırılması baxımından inqilabi dəyişikliklər gətirə bilər.

“Bu forum Azərbaycanın su ehtiyatlarının qorunması və daxili su idarəçiliyi sahəsində hansı konkret dəyişikliklərə yol açmağı hədəfləyir?”

- Bizim hədəfimiz forum nəticəsində konkret addımların atılmasıdır. Bunlara su idarəçiliyi üzrə milli strategiyalara töhfə verən təkliflərin hazırlanması, yerli şirkətlərin beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsi, yeni texnologiyalar üzrə bilik transferi və təlim proqramlarının təşkili daxildir. Eyni zamanda, ictimaiyyətin suyun dəyəri və qorunması ilə bağlı maariflənməsi də mühüm prioritetimizdir.

Forumun əsas məqsədləri

AQUALINK MMC-nin təşəbbüsü ilə təsis edilən və artıq hər il ənənəvi şəkildə keçirilən Xəzər Su İnnovasiya Forumu bu il yeni formatda, yeni məkan və tərəfdaşlarla 12 sentyabr 2025-ci il tarixində “Bakı Su Həftəsi” çərçivəsində Bakı Ekspo Mərkəzində baş tutacaq. Forumun əsas məqsədi su idarəçiliyi, innovativ texnologiyalar və ekoloji təhlükəsizlik sahəsində regionun aparıcı dialoq və əməkdaşlıq platformasını formalaşdırmaqdır.

Forumun prioritetləri arasında su ehtiyatlarının səmərəli idarə olunması, iqlim dəyişikliklərinə adaptasiya, qabaqcıl texnologiyaların tətbiqi və transsərhəd əməkdaşlığın gücləndirilməsi yer alır. Tədbir həmçinin dövlət-özəl tərəfdaşlığını inkişaf etdirmək, yerli şirkətlərin təqdimat imkanlarını artırmaq, beynəlxalq şirkətlərin region bazarına çıxışına şərait yaratmaq məqsədini daşıyır.

Bu il ABŞ, Türkiyə, Böyük Britaniya, Almaniya, Niderland, Macarıstan, İsrail, Çexiya və digər ölkələrdən nüfuzlu şirkətlər və mütəxəssislər iştirak edəcək. Xüsusilə, DuPont, AO Smith, Waterlogic, Hydrophil, Bioworks, Pureco və Hydrofilt kimi qlobal brendlərin təqdimatları çərçivəsində su və ətraf mühit texnologiyalarında ən son yeniliklər nümayiş olunacaq. Bu, Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi potensialını və əlverişli investisiya mühitini bir daha təsdiqləyir.

“Suya dəyər qatırıq” şüarının mənası

Forumun əvvəlki illərində “Gələcək üçün Su”, “Su missiyamızdır” və “Su hərəkatı” kimi çağırışlar istifadə olunub. COP29-un ölkəmizdə keçirilməsindən sonra isə həm Azərbaycanda, həm də dünyada azalan şirin su ehtiyatlarına diqqəti daha da artırmaq məqsədilə “Suya dəyər qatırıq” şüarı seçilib.

Bu şüar texnoloji, iqtisadi və sosial baxımdan suya verdiyimiz dəyəri ifadə edir. Peşəkar auditoriya üçün bu, innovativ texnologiyaların tətbiqi, idarəetmə modellərinin təkmilləşdirilməsi və investisiya imkanlarının genişləndirilməsi deməkdir. Geniş ictimaiyyət üçün isə bu, hər damla suyun qədrini bilmək, onu qorumaq və məsuliyyətli şəkildə istifadə etmək çağırışıdır. Xüsusilə gənc mühəndislər və gələcək nəsil üçün bu mesajın önəmli təsir gücünə malik olacağına inanırıq.

Əsas auditoriya

Forumun auditoriyası geniş spektri əhatə edir: dövlət qurumları və tənzimləyici orqanlar, beynəlxalq təşkilatlar, su sektorunda fəaliyyət göstərən şirkətlər, elmi-tədqiqat institutları, universitetlər, startaplar, texnologiya inkişaf etdiriciləri, qeyri-hökumət təşkilatları və ekoloji fəallar. Bu müxtəliflik həm yerli, həm də beynəlxalq əməkdaşlıq üçün unikal imkanlar yaradacaq.

Tədbirin strukturu

Forum çoxkomponentli formatda keçiriləcək və dörd əsas paneldən ibarət olacaq:

Qabaqcıl su texnologiyalarının tətbiqinin üstünlükləriƏtraf mühitin qorunması texnologiyaları və təcrübələriÇirkab suların təkrar emal texnologiyaları və onların əhəmiyyətiSuyun idarə edilməsində innovativ texnologiyaların tətbiqi

Bundan əlavə, tematik seminarlar, texnologiya təqdimatları, sərgi zonası və B2B/B2G formatlı işgüzar görüşlər keçiriləcək. Bu, iştirakçılara həm bilik mübadiləsi, həm də real tərəfdaşlıq imkanları təqdim edəcək.

AQUALINK MMC-nin rolu və tərəfdaşlar

AQUALINK MMC forumun əsas təşəbbüskarı və təşkilatçısıdır. Şirkət konsepsiyanın hazırlanması, tərəfdaşların cəlb edilməsi və proqramın formalaşdırılmasından tutmuş, tədbirin bütün mərhələlərinin icrasına qədər prosesin hər addımında iştirak edir. Forum beynəlxalq təşkilatlar, dövlət qurumları və özəl sektor nümayəndələrinin dəstəyi ilə həyata keçirilir ki, bu da onu sadəcə müzakirə meydanından daha çox, nəticəyönümlü əməkdaşlıq platformasına çevirir.

Süni intellekt və data analitikası mövzusu

Forum çərçivəsində xüsusi panel süni intellekt və böyük verilənlərin su sektorunda tətbiqinə həsr olunacaq. Sensor şəbəkələrindən gələn məlumatların analizi, su sızmalarının real vaxtda aşkarlanması, iqlim modelləşdirməsi və istehlakın proqnozlaşdırılması kimi texnologiyalar təqdim ediləcək. Bu yanaşmalar gələcəkdə su itkisini minimuma endirmək, qərar qəbulunu optimallaşdırmaq və resurs idarəçiliyində inqilabi dəyişikliklərə yol açmaq potensialına malikdir.

Azərbaycanda gözlənilən dəyişikliklər

Forumun əsas məqsədlərindən biri ölkəmizin su idarəçiliyi üzrə milli strategiyalarına töhfə verən praktik təkliflərin formalaşdırılmasıdır. Bundan əlavə, yerli şirkətlərin beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsi, yeni texnologiyalar üzrə bilik transferi və təlim proqramlarının təşkili nəzərdə tutulur. İctimaiyyətin suyun dəyəri və qorunması barədə maariflənməsi də tədbirin mühüm nəticələrindən biri olacaq.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı Xəzər Su İnnovasiya Forumunun rəsmi media tərəfdaşıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 Avqust 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16895

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1002

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see248

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see220

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see143

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see141

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see137

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see135

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see134

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see130

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see127

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see127

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see126

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see125

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see125

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see124

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see122

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri