Icma.az
close
up
RU
Suyun şişirdiyi taxtalar: Şirkətlər daşınar əmlakları niyə sığortalamaq istəmirlər?

Suyun şişirdiyi taxtalar: Şirkətlər daşınar əmlakları niyə sığortalamaq istəmirlər?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Ölkə ərazisində ardıcıl iki gün davam edən qeyri-sabit hava şəraiti sahibkarların işlərini çətinləşdirib.

Belə ki, yağıntının çox olması nəticəsində Sumqayıt şəhərində yerləşən taxta bazarında sahibkarların materialları su altında qalıb. Nəticədə onlara yüksək məbləğdə maddi ziyan dəyib. Ziyanın necə ödəniləcəyi isə sual doğurur.

Suyun şişirdiyi taxtalar: Şirkətlər daşınar əmlakları niyə sığortalamaq istəmirlər?

Məsələ ilə bağlı Oxu.Az-a danışan sığorta eksperti Şahin İsmayılov qeyd edib ki, bu kimi hallarda dəyən ziyanı qarşılamaq üçün sahibkarlar öz məhsullarını sığortalamalıdırlar:

"İki növ - daşınar və daşınmaz əmlak var. Hazırda hava şəraiti ilə əlaqədar daşınar əmlaklara dəyən zərər çox böyükdür. Daşınar əmlak deyəndə buraya tikinti ləvazimatları, geyimlər, müəyyən ehtiyat hissələri və s. aid edə bilərik. Sahibkarlar bu kimi hallar baş verəndə dəyən ziyanın qarşılanması üçün öncədən əmlaklarının sığortasını həyata keçirməlidirlər.

Bəzən sahibkarlar satdıqları daşınar əmlakların vergilərini ödəmir, vergidən yayınırlar. Bu zaman onların dövriyyələri barədə rəsmi məlumat olmur. Vergi uçotu düzgün aparılmır. Supermarketlər və bəzi obyektlər xaricində satış obyektlərinin çoxunda kassa sistemi yoxdur. Gətirilən malların qeydiyyatı, mühasibat uçotu düzgün aparılmadığı üçün sığorta şirkəti onları sığortalamır. Sığortaya müraciət edəndə şirkət sahibkardan dövriyyəsi, hansı məhsulların satışını həyata keçirdiyinə dair məlumatların sənədlə təqdim edilməsini istəyir. Çox vaxt isə vətəndaşlar bu sənədləri təqdim edə bilmirlər. Sahibkarlar dövriyyələrini rəsmiləşdirərək öz məhsullarını sığortlaya bilərlər".

Ekspert bildirib ki, sığorta şirkətlərinin çoxu daşınar əmlakları sığortalamağa meyilli deyillər:

"Sığorta şirkətlərinə müraciət edəndə limitlərdən danışılır. Bir müəssisədən çox sayda sahibkar müraciət edəndə onların bir qisminin məhsulu sığortalanır, bir qismininki isə yox. Bunun da səbəbi sığorta şirkətlərində müəyyən limitlərin olmasıdır. Məsələn, şirkət beş sahibkarın mallarını sığortalaya biləcəyini deyir. Həmin malların bir qismini isə təkrar sığortaya ötürürlər. Təkrar sığortaların əksəriyyəti də xarici, Avropa şirkətləridir. Onların dövriyyəsi, büdcəsi çoxdur. Həmin şirkətlər təkrar sığortada maraqlıdır. 500 000 manatlıq bir malın 50 000 manatını sığortalayan şirkət 450 000 manatını təkrar sığortaya ötürür. Belə olan halda hər hansı fəlakət zamanı dəyən ziyanın çox hissəsini təkrar sığorta qarşılayır. Malı sığortalayan bu yolla bir növ özünü sığortalayır, məsuliyyətdən özünü qoruyur. Bu isə qanunidir. Bu tip praktika bütün ölkələrdə var".

Ş.İsmayılov qeyd edib ki, fəlakətlər baş verdikdə daşınar əmlaka daha çox ziyan dəydiyi üçün sığorta şirkətləri bu məsuliyyəti çox vaxt öz üzərlərinə götürmürlər:

"Həmçinin sığorta şirkətlərinin tələbi odur ki, ticarət mərkəzi yanğınadavamlı materialdan tikilməlidir, obyektlər arasında arakəsmələr daşdan olmalıdır, ehtiyatda su çəni, yanğınsöndürənlər olmalıdır ki, yanğın hadisəsi baş verəndə ilkin müdaxilə edilə bilsin. Sığorta şirkətləri baxır ki, obyektlərdə arakəsmələr daşdan deyil, birinin yanması hamısının yanması deməkdir, buna görə də sığorta etmirlər. Taxtanın bir neqativ tərəfi var ki, alışdısa, söndürmək çətin olur. Tüstüləyə-tüstüləyə yanğın hər yerə sıçrayır".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Aprel 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri