Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

SVETLANA ALEKSİYEVİÇ VƏ İNSAN RUHUNUN TARİXİ

SVETLANA ALEKSİYEVİÇ VƏ İNSAN RUHUNUN TARİXİ

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Etibar ƏLİYEV

Xocalı soyqırımından 34 il keçir...

Svetlana Aleksiyeviç 2015- ci ildə "Polifonik yaradıcılığı - zəmanəmizdə iztirab və cəsarətə abidə qoyduğu üçün" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Yazıçının “Sonuncu şahidlər” kitabının qəhrəmanları müharibənin bütün dəhşətlərini öz gösləri ilə görmüş, aclıq çəkmiş, ata-anası, nənə-babası, bacı – qardaşı, dostları, qonşuları gözlərinin qabağında güllələnmiş, asılmış, diri-diri yandırılmış azyaşlı uşaqlardır. Svetlana Aleksyiveç: “Mən insani duyğuların, insanların yaşadıqları hisslərin tarixini yazıram. Bu tarixi “itirilmiş keçmiş” də adlandırmaq olar. İnsan bu hadisələr zamanı nə haqda düşünür, nəyi dərk edir, nəyi xatırlayır?! Nəyə inanır, nəyə inanmırdı? Onun arzuları, xəyalları, ümidləri necə idi?! Qorxusu nədən idi?!Bu, insan ruhunun tarixidir”. 

Xocalı sakininin xatırəsi: “Ermənilər saxlandığımız yerdə içəri girərək qadınlara sataşırdılar. Ermənistandan qaçqın düşərək Xocalıda məskunlaşan Məmməd adlı bir kişinin oğlu Söhbət ermənilərin bu hərəkətinə qarşı çıxdı. Ermənilər hamının gözü qarşısında Söhbətin başını kəsərək futbol topu kimi bir-birlərinə ötürürdülər. Ermənilərin bu hərəkətinə etiraz edən atası Məmməd kişinin də başını kəsdilər.

Əsirlərin başı üstündən avtomatdan atəş açırdılar. Güllələr divara dəyərək oradakı daş parçalarını qızdırırdı. Qızmış daş hissələri də bir yandan əsirlərin üstünə düşürdü... Əsirlər imdad istəyirdilər, Allaha yalvarırdılar. Ermənilər də divarlara durmadan atəşi davam etdirirdilər. Əsirlərin fəryadı, yalvarması ermənilərə xoş gəlirdi. Hətta divardan güllə şığıyaraq əsirlərə dəyirdi. Onlar da bundan ləzzət alırdılar».

Aleksiyeviçin qəhrəmanı: “Faşistlər kəndimizə girəndə adamları qovmağa başladılar. Onları tələm-tələsik güllələyib getməyə hazırlaşırlar. Adamlar yıxılmağa başladılar. Sonra bir alman motosikleti geri çevrilib ölülərin üstündən keçir. Bir almanın əlində ağır bir şey var...O, motosikletdən düşmədən əlindəki ilə hamının başını əzir. Güllələnmişlərin başını bir-bir əzməmiş sakitləşmədi. Ömrümdə insan sümüklərinin necə çatırdadığını eşitməmişdim. Bu səs heç qulağımdan getmir...”

Xocalıdan olan 10 yaşlı bir uşağın sözü: “Ermənilər gələndə meşəyə qaçdım. 3 gün ac-susuz orada qalmışam. Susuzluqdan ölürdüm. Çoxlu qar yemişəm”.

Başqa bir şahid isə belə deyir: “Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam-atam, 16 yaşlı bacım meşədə öldü. Ruslar, ermənilər uşaqların gözü qarşısında mənə işgəncələr verirdilər. Sonra bizi içərisinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uşaqları bir gün əlimdə saxlamışam. İndi iki ayağımdan da məhrumam”.

Aleksiyeviçin qəhrəmanı: "Əmim qızını asdılar.Kənd sovetinin yanında hündür ağac bitmişdi, ora bir at gətirdilər. Əmim qızı kirşədə dayanıb...Uzun hörüyü var...Kəndiri boynuna keçirdilər, o da hörüyünü ilgəkdən çıxardı. Ata qırmanc vurdular, kirşə əmim qızının ayağının altından sürüşdü. Arvadlar qışqırışdılar...Amma ağlamadılar. Ağlamağa icazə vermirdilər. Ağlayanı yerindəcə güllələyirdilər. 16-17 yaşlı yeniyetmə oğlanları güllələyirdilər. Onlar ağlayırdılar. Elə sütül idilərki... Nə adaxlı idilər nə də əsgər..."

Qadın Xocalı sakini: "Anam deyir ki, saxlanıldığımız yerə bizdən qabaqda nə qədər adam gətirmişdilər. Anamgil oraya gətirəndə görüblər ki, yoldaşım Rasim də buradadır. Yoldaşımgil başqa bir qrupla hərəkət edirmişlər. O qrupdan yalnız Valeh adında oğlan sağ çıxa bildi. O deyir ki, yoldaşımı orada ağır işgəncə ilə öldürüblər. Diri-diri, bağırda-bağırda ürəyini çıxarıblar. Vasif adlı qardaşımı da orada öldürüblər".

Svetlana Aleksiyeviçin qəhrəmanı: “Gördüm ki, qucağında körpəsi olan bir ananı avtomatın qundağı ilə vurub uşağını əlində aldılar və tonqala atdılar... Əsirləri kəndimizin ortası ilə aparırdılar. Onlar dayandıqları yerlərdə ağacların qabığını yeyirdi. Hansısa əsir əyilib yerdən ot qoparıb yemək istəyəndə isə onu dərhal güllələyirdilər...” 

Alman ədəbiyyatından xeyli əsərlər oxumuşam. II dünya müharibəsində dinc əhaliyə və yəhudilərə qarşı törədilən amansızlıqlara bəraət qazandıran yazıçının adını çəkə bilmərəm. Erməni vəhşiliyi faşizmdən daha amansız vəhşilikdir. Türkün düşməni olan Zori Balayan “Ruhumuzun dirçəlişi” kitabında yazır: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz on üç yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk usağı çox səs-küy salmasın deyə, Xaçatur usağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu usağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk usağı yeddi dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürürlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və biz bu hərəkəti üç türk usağına da tətbiq elədik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim".

Törədilən vəhşiliyə bu cür fərəhlənmək anadangəlmə instinktdir. Belə instinkti olan “yazıçı” tiplərinin çağırışları bütün Qarabağımızda erməni vəhşiliyinin miqyasını artırmışdı.

Xocalı soyqırımı bizim ruhumuzun tarixidir. Ruh elə bir fenomendir ki, hər zaman özünü dirçəldir.

Bu gün bütün Qarabağımızda, o cümlədən Xocalıda Azərbaycan bayrağı dalğalanır. Böyük itkilərimiz olsa da, qisasımızı ala bildik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Fevral 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri