Icma.az
close
up
RU
​“SVO bitsə, nə ilə məşğul olacağıq?” Putin və Peskovdan qəribə açıqlamalar

​“SVO bitsə, nə ilə məşğul olacağıq?” Putin və Peskovdan qəribə açıqlamalar

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Müharibə uzandıqca, sanki Rusiya rəhbərliyinin baş verən hadisələrə, faciələrə, insan itkilərinə və s. münasibəti, reaksiyası da kütləşir. Yalan, saxta bəyanatlar getdikcə məntiqdən və empatiyadan uzaq, qeyri-adekvat xarakter alır…

“AzPolitika” xəbər verir ki, son iki gündə Vladimir Putin və onun sözçüsü Dmitri Peskovun Ukrayna müharibəsilə bağlı səsləndirdikləri fikirlər sosial mediada müzakirələrə səbəb olub.

Putin Rusiya dəniz qüvvələri komandirləri ilə görüş zamanı onlardan "SVO”-nun (Xüsusi Hərbi Əməliyyat) bitməsindən sonra Rusiyanın nə edəcəyini soruşub. Putinlə görüşdə Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean, Şimal, Baltik, Qara dəniz və Xəzər donanmalarının komandirləri iştirak edib. Rusiya başçısı cəbhədə döyüşənlərə istinadla deyib: “Baxın, “SVO” bitəndən sonra biz nə ilə məşğul olacağıq? Yəni, o qədər buna aludə olublar ki…”. Maraqlıdır ki, Rusiay başçısı bütün bunları gülə-gülə deyib. Sanki hər gün yüzlərlə, minlərlə insanın həlak və şikəst olduğu, öz ev-eşiklərindən didərgin düşdüyü, malını, mülkünü itirdiyi qanlı faciədən yox, hansısa əyləncəli bir hadisədən danışır və bu “əyləncə”nin bitməsini qətiyyən istəmir…

Sonra isə Putin əlavə edib ki, “SVO” bitəndən sonra da Rusiya cəmiyyətində guya hazırda millətindən, dinindən asılı olmayaraq mövcud olan birlik saxlanmalıdır.

Kremlin sözçüsü Dmitri Peskov isə bu gün keçirilən forumda Rusiyanın düşdüyü indiki vəziyyəti “ideal böhran” adlandırıb: "Hazırda ideal bir böhran yaşayırıq, suverenliyimizi gücləndirən, birdən-birə bütün həyatımızı birlik və konsolidasiya ilə dolduran bir böhran". Yəni, Rusiyanın şəhərlərinin, neft zavodlarının, logistika mərkzələrinin yanması, iqtisadiyyatın tənəzzülə uğraması, ölkənin beynəlxalıq aləmdə “izqoy” vəziyyətinə düşməsi, cəbhədə hər gün gənc insanların dəstə-dəstə həlak olması və s. Rusiya hakimiyyəti üçün “ideal böhran”mış və bütün bunlar guya Rusiya cəmiyyətini birləşdirir, möhkəmləndirirmiş…

Onu da qeyd edək ki, ötən gün 8-ci çağırış Rusiya parlamentinin son iclasında Duma sədri Vyaçeslav Volodin deputatları Vladimir Putini ətrafında birləşməyə çağıraraq, 5 dəfə “Rusiya, Putin, Qələbə” şüarını təkrarlayıb.

Bütün bunlar Rusiyanın haralara yuvarlandığını və bunun sonunun heç də işıqlı görünmədiyini bir daha ortaya qoyur…

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 İyul 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri