Szinpin Ağ Evdə ABŞ a hədiyyəsini elan etdi
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çin Prezidenti Si Szinpin yaxın günlərdə iki nəhəng pandanın Çindən Amerika zooparkına köçürüləcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, Ağ Evdə çıxış edən Çin lideri nəhəng pandanı Çin və ABŞ arasında tarixi dostluq "səfiri" adlandırıb və iki pandanın tezliklə Atlanta Zooparkında peyda olacağını bildirib.
Qeyd edək ki, Pekin və Vaşinqtonun “panda diplomatiyası” 1972-ci ildə, ABŞ Prezidenti Riçard Niksonun Çinə tarixi səfərindən sonra başlayıb. O vaxt Çin sədri Mao Tszedunun hökuməti ABŞ-a iki nəhəng panda hədiyyə edib və bu, onilliklərlə davam edən diplomatik gərginlikdən sonra ikitərəfli münasibətlərin istiləşməsinin simvoluna çevrilib.
Çin və Amerika tərəfləri arasındakı razılaşmalarda Pekinin pandalar və onların balaları üzərində mülkiyyət hüququnu saxladığı göstərilir. Amerika zooparklarından da “Çində nəhəng pandaların qorunması məqsədilə” ödənişlər etmələri tələb olunur.
Baxış sayı:116
Bu xəbər 24 Sentyabr 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















