Tacikistan Prezidenti: Bakı ilə İrəvan arasında bəyannamənin imzalanması tarixi hadisədir
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanması iki ölkə arasında davamlı sülhün əldə olunmasına yol açacaq tarixi hadisədir.
Globalinfo.az xəbər verir ki, bu barədə Tacikistan prezidenti Emoməli Rəhmonun Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı təbrik teleqramında deyilir.
Tacikistan liderinin mətbuat xidmətinin yaydığı mətndə deyilir: “Biz bu tarixi hadisəni alqışlayırıq və böhranların və münaqişələrin həllinin yeganə vasitəsi kimi dinc dialoqun vacibliyini vurğulayırıq”.
E.Rəhmon qeyd edib ki, imzalanmış sənəd iki ölkə arasında davamlı sülhün əldə edilməsinə yol açır və “əldə edilmiş razılaşmaların iki ölkə arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin inkişafı üçün lazımi zəmin yaradacağına, eyni zamanda, Qafqazda sabitlik və təhlükəsizliyin əsaslarının möhkəmlənməsinə, konstruktiv regionlararası əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə” əminliyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Avqust 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















