Tacikistanda iki gün ərzində beşinci zəlzələ oldu KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tacikistanda son iki gündə artıq beşinci zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ölkə hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi (FHN) yayıb.
Komitənin açıqlamasına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:44-də (Bakı vaxtı ilə 03:44) qeydə alınıb. Zəlzələnin gücü episentrdə 3-4 bal, Rəşt rayonunda isə 3 bal təşkil edib.
“İlkin məlumatlara əsasən, tələfat və dağıntı qeydə alınmayıb,” – FHN-dən bildirilib.
Tacikistan Milli Elmlər Akademiyasının Geofizika Xidməti isə qeyd edib ki, zəlzələnin episentri Düşənbədən 156 km şimal-şərqdə, Rəşt rayonundan 18 km şərqdə yerləşib.
Baxış sayı:176
Bu xəbər 14 Aprel 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















