Icma.az
close
up
RU
Tahir Budaqov Çində görüş keçirdi FOTOLAR

Tahir Budaqov Çində görüş keçirdi FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Partiya Məktəbinin birinci prorektoru, nazir Si Çuntao ilə görüşü keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə iki ölkənin liderləri tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan-Çin münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu qeyd edilib. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında Əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin bugünədək uğurla yerinə yetirildiyi, qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli işbirliyinin inamla davam etdirildiyi bildirilib.

İstər Azərbaycan, istərsə də Çində gənclərlə siyasi-ideoloji işin xüsusi diqqət mərkəzində saxlanıldığı qeyd edilib. Gənclərin ictimai-siyasi həyatda, eləcə də dövlət idarəçiliyində və partiya fəaliyyətində aktiv iştirakının önəminə toxunularaq bu sahədə ixtisaslaşmış təhsil müəssisələri arasında əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüş zamanı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə ÇKP MK Partiya Məktəbi arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Memorandumu ÇKP MK Partiya Məktəbinin birinci prorektoru Si Çuntao və DİA-nın rektoru, akademik Urxan Ələkbərov imzalayıblar.

Memorandumda əksini tapmış müddəaların icrasının tərəflər arasında qarşılıqlı maraq doğuran sahələr üzrə təcrübə mübadiləsini təmin etməklə dövlət idarəçiliyi, strateji planlaşdırma və kadr hazırlığı sahəsində mühüm nailiyyətlərə yol açacağına inam ifadə olunub.

Nümayəndə heyətinin Çin Sosial Elmlər Akademiyasının vitse-prezidenti, nazir Pin Cinhuy ilə görüşündə isə hər iki ölkədə elm və təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanıb, bu istiqamətdə beynəlxalq əməkdaşlığın önəminə diqqət çəkilib. Elmi-tədqiqat institutları arasında əlaqələrin genişləndirilməsi, birgə araşdırmaların aparılması, akademik mübadilə proqramlarının təşviqi, eləcə də sosial elmlər sahəsində qarşılıqlı təcrübə paylaşımının artırılması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Bundan sonra YAP nümayəndə heyətinin Çin Arxeoloji Muzeyinə ekskursiyası təşkil edilib. Sosial Elmlər Akademiyasının vitse-prezidenti Cao Ruy ilə keçirilən görüşdə tarix elminin qarşılaşdığı yeni çağırışlar fonunda rəqəmsallaşma və süni intellekt texnologiyalarının elmi-tədqiqat prosesinə inteqrasiyası, tarixi irsin qorunması, elmi nəşrlərin qarşılıqlı mübadiləsi, ortaq layihələrin hazırlanması, eləcə də alimlər və tədqiqatçılar arasında birbaşa əlaqələrin qurulması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində nümayəndə heyəti Konfutsi məbədini də ziyarət edib.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 May 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri