Icma.az
close
up
RU
Tahir Budaqov Hicran Hüseynova ilə görüş keçirdi FOTOLAR

Tahir Budaqov Hicran Hüseynova ilə görüş keçirdi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Avqustun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Hicran Hüseynovanın 70 illik yubileyi münasibətilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edib. O, ölkəmizin ictimai-siyasi həyatında fəal mövqeyi ilə seçilən və müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərən Hicran Hüseynovanın öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini bildirib: “Təsadüfi deyil ki, Heydər Əliyev ideyalarına əsaslanan məqsədyönlü fəaliyyətiniz ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmağınız əməyinizə verilən yüksək qiymətin bariz nümunəsidir”.

Hicran Hüseynovanın hazırda Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlardan biri kimi milli-mənəvi dəyərlərin və dövlət maraqlarının qorunması istiqamətində fəal rol oynadığını qeyd edən Tahir Budaqov yubilyara möhkəm cansağlığı, uzun ömür və şərəfli fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayıb.

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Hicran Hüseynova Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən Heydər Əliyev ideyalarına hər zaman sadiq olduğunu və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi kursunu daim dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin ölkəmizə mühüm nailiyyətlər qazandırdığını deyən H.Hüseynova əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib və bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyəcəyini diqqətə çatdırıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Avqust 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri