Icma.az
close
up
RU
Tahir Budaqov rektorlarla görüş keçirdi FOTOLAR

Tahir Budaqov rektorlarla görüş keçirdi FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nəsimi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Qızlar Universitetinin rektoru Sevinc Rəhimova, Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova, Azərbaycan-Fransa Universitetinin direktoru Vazeh Əsgərov və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxışında ali təhsil müəssisələrinin rayonun ictimai həyatında mühüm rol oynadığını vurğulayıb, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması və onların sosial layihələrə cəlb olunmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, icra hakimiyyəti tərəfindən həyata keçirilən sosial-iqtisadi və mədəni-kütləvi tədbirlərdə ali təhsil ocaqlarının fəal iştirakı xüsusi önəm daşıyır.

Görüşdə iştirak edən rektorlar çıxış edərək rəhbərlik etdikləri ali təhsil müəssisələrində həyata keçirilən elmi, tədris və sosial layihələr barədə məlumat verdilər. Onlar tələbələrin ictimai fəallığının artırılması, könüllülük hərəkatının genişləndirilməsi, elmi-praktik konfransların, maarifləndirici və mədəni-kütləvi tədbirlərin birgə təşkili istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğuladılar.

Çıxış edənlər yerli icra hakimiyyəti ilə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini qeyd edib, birgə layihələrin həyata keçirilməsi üçün təkliflərini səsləndiriblər.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib və birgə fəaliyyətin davamlı xarakter daşıyacağı bildirilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Fevral 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri