Icma.az
close
up
RU
Tahir Gözəl Qurban Qurbanovu nişangaha çevirdi! “Ferentsvaroş” səddi keçilməsə...

Tahir Gözəl Qurban Qurbanovu nişangaha çevirdi! “Ferentsvaroş” səddi keçilməsə...

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Açıq danışaq: hər kəs “Qarabağ”ın Çempionlar Liqasının pley-offunda “Ferentsvaroş” yox, “Ludoqorets” ilə qarşılaşmasını istəyirdi. Söhbət təkcə Macarıstanın əmsallar cədvəlində Bolqarıstandan 6 pillə irəlidə olmasından getmir. Bu iki komandanı iş başında görmüşük, “Ferentsvaroş” ən müxtəlif keyfiyyətlərə görə “Ludoqorets”dən bir addım öndədi. O başqa məsələ ki, “Ludo” da “Qarabağ”a rəqib olsaydı, işimiz asan olmayacaqdı.

Niyə?
Ona görə ki, ağdamlılar hücumda Nəriman Axundzadə ilə Musa Qurbanlının ümidinə qalıb. Bəli, təsnifat mərhələləri birnəfəsə keçilib – 4 oyuna 4 qələbə, 10 qol. Zahirən bundan gözəl nə ola bilər ki! Amma “Qarabağ”ın Olavio Juninyoya bərabər mərkəz hücumçusu yoxdu. Bu acı reallıq hər kəsi qorxudur, klubun tarixində 2-ci dəfə ÇL-in əsas mərhələsinə bu qədər yaxın olduğunu hiss edən azarkeşləri əndişəyə salır.
Qurban Qurbanovun hücumçu transferi ilə bağlı mövqeyi aydındı. “Şkendiya” ilə oyunöncəsi mətbuat konfransında dedi ki, “Klovis məsələsi çox danışılır, kənardan hər şey rahat görünə bilər, daxildə çox detal var”. İcazə versəz, bu ifadələri belə “tərcümə edərdim”: “Mərkəz hücumçusu almağa pulumuz var, amma çox qazanacaq birinin gəlişi komanda daxilində maaş balansını, deməli, həm də ab-havanı pozacaq”.
Bəli-bəli, “Qarabağ”ın pulu var ki, klub prezidenti Tahir Gözəl “Şkendiya” ilə oyundan sonra məhz bunu dedi:

“Tariximizdəki ən böyük büdcəni bu mövsüm Qurban Qurbanova vermişik. Heç vaxt belə büdcəmiz olmayıb. Məbləği elan edə bilmərəm, amma klubumuz üçün çox böyük büdcədi”.

Ümumiyyətlə, Tahir bəy bu yay çox açıq danışır. Məncə, fərqindədi ki, “Qarabağ” bu il də ÇL-in əsas mərhələsinə qatıla bilməsə, azarkeşlər, futbol ictimaiyyəti Qurban bəylə yanaşı, ondan da hesabat tələb edəcək.
Xatırlayırsızsa, “Şelburn”la oyundan sonra da bu mövzuda maraqlı kazus yaşanmışdı. Tahir Gözəl jurnalistlərə “daha iki transferimiz var - biri hücumçudu, digəri 10 nömrə mövqeyinə. Qurban hoca istəyib, biz də ona dəstək veririk. Qurban hocanı təbrik edirəm” demiş, həmkarlarımız mətbuat konfransında bu məqamı aydınlaşdırmaq istəyəndə baş məşqçi “Tahir Gözəl elə deyib? Yox, transfer etməmişik”, - deyə hər kəsi suallar içində qoymuşdu. Tezliklə aydın oldu ki, doğrudan da, Xonatan Montiel transfer olunub, yəni Gözəl gerçəyi deyirmiş.
Hə, Tahir bəy son büdcə açıqlamasıyla rəngləri bir qədər də aydınlaşdırdı. Klubun rəhbəri ictimaiyyətə onu demək istəyir ki, mən üzərimə düşəni etmişəm, lazımi büdcəni ayırmışam, bundan sonrası, yəni “Qarabağ”ı ÇL-in əsas mərhələsinə daşımaq baş məşqçinin üzərinə düşən işdi. Tahir bəy bilərəkdən və ya bilmədən (mənə elə gəlir ki, ikinci versiya daha uyğundu) Qurban Qurbanovu nişangaha çevirdi.
Mən fikrimi bir qədər də aydın ifadə etmək istəyirəm: “Ferentsvaroş” səddi keçilməsə, məsuliyyət birbaşa Qurban Qurbanovun üzərində olacaq. Gerçək budu! Qurban bəy, ehtiyatlı ol, nişangahdasan!
HUŞƏNG
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see163

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see136

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see128

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri