Icma.az
close
up
RU
Tahir Kərimli: “Bəzi qadınlar sanki boşanandan sonra güclü olurlar, müğənnilik edə, sərbəst həyat sürə bilərlər...”

Tahir Kərimli: “Bəzi qadınlar sanki boşanandan sonra güclü olurlar, müğənnilik edə, sərbəst həyat sürə bilərlər...”

Icma.az, Pravda.az saytına istinadən bildirir.

“Təbii ki, boşanmalara təşəbbüs göstərənlər arasında  qadınlar 70% təşkil edəcək. Çox ciddi məsələdir. Buna qarşı mübarizə aparmasaq, adət-ənənələrimizin, ailə möhkəmliyinin qayğısına qalmasaq, yavaş-yavaş özümüzə gəlməsək, çətin düzələrik. Məsələn, müstəqillikdən sonra "ANS" kanalı var idi və bir neçə il hədsiz biabırçı, murdar xarici filmləri nümayiş etdirirdi. Amma ictimai nəzarət o qədər gücləndi ki, onlar bundan imtina etməyə məcbur oldular. O demək deyil, mənəvi cəhətdən saflaşdılar, lakin cəmiyyətin istəyi ilə barışdılar ki, bu dərəcədə olmaz. Yəni təkcə qanunların mükəmməlləşdirilməsi, təkmilləşdirilməsi kifayət etmir. Cəmiyyətdə ictimai qınaq lazımdır. Bu qınağı hər kəs etməlidir. Ağsaqqal da, cavan da... Ailə möhkəmliyindən bərk yapışmaq lazımdır. Azərbaycan dövlətinin dayağı ailədir”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O düşünür ki, boşanmalar psixoloji problemdən qaynaqlanır: “Boşanmaların sayının artmasını yalnız sosial problemlərlə əlaqələndirsək, onda bir anlıq düşünək ki, İkinci Dünya müharibəsindən sonra qadınlar, demək olar, başsız qalmışdılar. Müqayisə etsək, görərik ki, Qarabağ müharibəsində 20 min itkimiz olub, təkcə İkinci Dünya müharibəsində 340 min. Az qala hər ailə başsız vəziyyətə düşmüşdü. Bəs nə üçün o zamanlar insanlar boşanmaya üz tutmurdular, pis yollara düşmürdülər, əxlaqsızlıqla məşğul olmurdular? Çünki o zaman hamı bilirdi ki, sosial ədalət var. Vəzifəli, kasıb, dövlətli arasında fərq az idi. İnsanlar bir-birlərini başa düşürdülər ki, maddi çətinlikdir, aclıq dövrüdür, dözməlidirlər, ailə münasibətləri möhkəm olmalıdır. Halbuki o dövrlərdən yaxın dövrlərə kimi övladların evlənməsi ən çox ata-ananın razılığı ilə baş tuturdu. Bəs boşanmalar nə üçün bu qədər az idi? Deməli, ən əsas məsələ psixoloji məsələdir. Kapitalizm quruluşuna guya ayaq açdıqdan sonra pis-yaxşı hər şeyə icazə verildi. Guya qadınlar azad, sərbəst oldular, gender bərabərliyi təmin edildi, hər kəs öz hüququnu müdafiə etdi. Ailə başçısı forması itdi. Qadın qazanırsa, ailə başçısı odur. Kişinin hörməti də düşdü. Kişilər ailə münasibətlərində sərinləməyə başladılar. Sanki psixoloji cəhətdən bu cür olmaldır. Mənzil, maşın alırsan, xoşuna gəlməyəndə dəyişdiyin kimi elə bil arvad alırsan, ərə gedirsənsə, bunları da xoşun gəlməyəndə dəyişə bilərsən. Beləliklə, əbədi, müqəddəs ailə itdi. Bundan başqa sosial proqramlar, media, televiziyalar ailə münasibətlərini şit, qeyri-ciddi məcraya yönəldən verilişlər verdilər. Bütün bunlar insanların psixologiyasını pozdu. "Güclü qadın" termini təbliğ olunmağa başladı, sanki bəziləri boşanandan sonra güclü olurlar, müğənnilik edə, sərbəst həyat sürə, övladları üçün pul qazana bilərlər. Hətta keçmiş ərlərindən aliment ala bilərlər. Bu baxımdan sanki qadınlar buxovları açılmış sərbəstlik əldə etdilər”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Mart 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see134

ECO nun Xankəndidə keçirilən 17 ci Zirvə görüşü Özbəkistan mətbuatında geniş yer alıb

07 İyul 2025 12:45see125

Ermənistanda rəhbər şəxslər saxlanıldı

07 İyul 2025 12:52see122

İsrail Yəməndəki Husi hədəflərinə dağıdıcı zərbələr endirib

07 İyul 2025 06:16see121

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see121

Dəyəri 110 min avro olan qiymətli daş: Bu nadir daş yalnız Çexiyada tapılır

07 İyul 2025 04:46see120

“Rusiya və Azərbaycan müttəfiqdirlər və belə də qalmalıdırlar” Peskov

07 İyul 2025 16:07see118

Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır

07 İyul 2025 13:20see117

Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb

08 İyul 2025 01:55see116

Husilər İsraili atəşə TUTDU

07 İyul 2025 14:07see115

Ac qurdlar kimi bir söz deməmiş, hamı tökülüşür rəylərə Pərvin

07 İyul 2025 16:07see115

Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi CƏZA

07 İyul 2025 08:04see115

3500 illik itmiş şəhər tapıldı: Alimlər heyrət içindədir

07 İyul 2025 13:37see115

Rosqvardiya rəhbərinin keçmiş müavini saxlanılıb

07 İyul 2025 17:53see114

Zaqatalada “Məişət zorakılığına qarşı birlik” adlı layihə icra edilib

08 İyul 2025 20:12see114

Sabunçuda soyğunçuluq edən şəxslər saxlanılıblar KONKRET

07 İyul 2025 14:53see114

Dünyadan köçən yaxşı insanları gözüm dolaraq xatırlayıram Elçin

08 İyul 2025 00:28see114

Marksın “gizli” sevgisi

08 İyul 2025 16:16see113

Maskın relsdən çıxdığını görəndə kədərlənirəm

07 İyul 2025 07:52see112

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

07 İyul 2025 08:06see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri