Icma.az
close
up
RU
Tahir Kərimli “Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?”

Tahir Kərimli “Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?”

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli sosial şəbəkələrdə yeniyetmələrin özlərinə qadın salonlarında süni saqqal, bığ çəkdirmələri, dodaq dolğusu etmələri barədə yayılan  görüntülərlə bağlı çağırış edib.

T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, bir siyasətçi kimi dedikləri müəyyən insanlarda acıq yaradır.

“Heç olmasa ağsaqqal kimi insanın sözünü eşitsinlər. Artıq elə bir vəziyyət yaranıb ki... 20 il əvvəl hansısa qəzetdə köşə yazarı olmaq, yaxud hansısa televiziyada beş-on dəqiqəlik müəllif verilişi aparmaq arzusunda idim ki, millətimizin başının tacı olan mənəviyyatımızın qorunub-saxlanılması barədə fikirlərimi söyləyim, cəmiyyətdə gedən mənfi tendensiyaların artmasından narahatlığımı ifadə edim, atalara, analara, övladlara öz baxışlarımı deyim. Hətta 1990-cı ildə ilk dəfə deputat seçilən zaman Milli Məclisdə ilk çıxışım mənəviyyatla, əxlaqla bağlı olub. Dünyada qadının ən böyük yaraşığı həya, kişilərin isə vüqarı, mərdanəliyidir. Vəziyyət elə gətirib ki, biz dəfələrlə mənəviyyatımızın ağrılarından danışmışıq. İndiki halda cavan oğlanların dodaq dolğusu etmələri, süni saqqal qoymaları, bığ çəkdirmələri, qadın salonlarında hədsiz dərəcədə vaxt keçirmələri məndə xeyli narahatlıq yaradır. Sifətdə burun əyridirsə, bunu cərrahiyyə yolu ilə aradan qaldırmaq, üzdə ziyil çıxıbsa, tibbi nöqteyi-nəzərdən əməliyyat etmək olar. Lakin süni surətdə sir-sifətini dəyişib, özünü qadına oxşatmaq kişiliyə yaraşan şey deyil. İnsan birinci özündən, sonra başqalarından öyrənir. Cavan oğlanlar da birinci özlərində kişiliyi tərbiyə etməlidirlər. Bu o qədər böyük, kompleks məsələdir... Milli Məclisdə dəfələrlə məsələ qaldırdım ki, hətta kişi müəllimlərin maaşını artırmaqla onları pensiyaya çıxarmamaq, məktəbdə saxlamaq lazımdır. Çünki uşaqlarımıza ancaq qadınlar dərs deyir. Övladlarımız qadın müəllimlərdən nə öyrənə biləcəklər? Axı heç də bütün qadın müəllimlər öz tələbələrini kişi kimi yetişdirmirlər. Onları yamsılayan uşaqlar yetişdirirlər. Toyda cavan oğlanlar qız kimi əyilib-büzülürlər, əyri-üyrü fars rəqsi oynayırlar. Bu məsələlər ailənin içindən başlayır. Valideynlər buna necə imkan verirlər? İnsanlar həmişə əyriliklərlə barışıblar. Sanki bu məsələlərlə də barışıblar. İnsanların içində ictimai etiraz ölüb. Heç olmasa ailə dəyərlərinin qorunmasına çalışmaq lazımdır. Nə qədər öyüd-nəsihətlə çıxış edirəm, amma mənə qarşı hücumlar olur. Kişidən kişi iyi gələr, qadından qadın. Qadın həyalı və gözəl olmalıdır. Kişinin vüqarı, daxili aləmi, mərdliyi, comərdliyi elə onun üzünə də, bədəninə də yansıyacaq. Təəssüf edirəm ki, bu məsələ başlı-başına buraxılıb. Cənubi Koreyada kişilərin kosmetikadan istifadəsi o qədər yayılıb ki, bunların bir səbəbini türk seriallarında görürlər. Hökumət qarşısında məsələ qaldırırlar ki, türk serialları qadağan olunsun. Bizdə isə türk serialları da, digərləri də təbliğ olunur. Heç də hamısı mənəvi cəhətdən saf deyil. Narahatlıq törədən cəhətlər də var. Bəziləri düşünürlər ki, həyatdır, qoy necə bilirlərsə, elə yaşasınlar. Dünya dəyişir, müqavimətin mənası yoxdur. Hamı düşünür ki, övlad evində öz valideynlərindən çox zəmanəsinə oxşayır, zəmanə pisləşib. Axı zəmanə şərti məfhumdur. Zəmanəni pis və yaxşı edən bizik. Biz onu gözəl, mərdanə etməli, insanlar arasında kişilik münasibətlərini möhkəmləndirməliyik. Biz yaşlanmışıq, ömrümüzün çox az hissəsi qalıb. Ancaq övladlarımızın gələcəyi barədə çox narahatam. "Qurani-Kərim"də də var, Lut qövmü bu cür biabırçılıqlarla məhv olub getdi. Dünyanın ən böyük imperiyası olan Roma kişi əxlaqsızlığından məhv oldu. Gözümüz görə-görə cəmiyyətimiz bu cür murdarlıqları əxz etməklə ailə institutu dağılır. Nigah bağlayanların, övladlarımızın  sayı azalır. Getdikcə cəmiyyətdə əyri proseslər gedir. Həmişə demişəm, bizim millət özündən başqa hamıya oxşamağa çalışır. Özümüzə oxşayaq. Qafqaz vüqarımızı, İslam mənəviyyatımızı, türk mərdanəliyimizi qoruyaq”, — o bildirib.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 Aprel 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see228

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see159

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see136

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see135

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see131

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see129

Müharibə ANONSU: Yaxın saatlarda İsrail İrana hücum edən bilər 3 PLAN

12 İyun 2025 09:46see126

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see125

Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib

12 İyun 2025 08:17see123

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see122

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see118

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see118

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see118

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see118

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see118

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see117

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see117

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see117

İstanbulda zəzlələ olub 3,5 bal gücündə

12 İyun 2025 06:45see115

Gələcəkdə yazılmış kitab

12 İyun 2025 09:16see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri