Icma.az
close
up
RU
“Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?”

“Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?”

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli sosial şəbəkələrdə yeniyetmələrin özlərinə qadın salonlarında süni saqqal, bığ çəkdirmələri, dodaq dolğusu etmələri barədə yayılan  görüntülərlə bağlı çağırış edib.

Tribunainfo.az xəbər verir ki, T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, bir siyasətçi kimi dedikləri müəyyən insanlarda acıq yaradır.

“Heç olmasa ağsaqqal kimi insanın sözünü eşitsinlər. Artıq elə bir vəziyyət yaranıb ki… 20 il əvvəl hansısa qəzetdə köşə yazarı olmaq, yaxud hansısa televiziyada beş-on dəqiqəlik müəllif verilişi aparmaq arzusunda idim ki, millətimizin başının tacı olan mənəviyyatımızın qorunub-saxlanılması barədə fikirlərimi söyləyim, cəmiyyətdə gedən mənfi tendensiyaların artmasından narahatlığımı ifadə edim, atalara, analara, övladlara öz baxışlarımı deyim. Hətta 1990-cı ildə ilk dəfə deputat seçilən zaman Milli Məclisdə ilk çıxışım mənəviyyatla, əxlaqla bağlı olub. Dünyada qadının ən böyük yaraşığı həya, kişilərin isə vüqarı, mərdanəliyidir. Vəziyyət elə gətirib ki, biz dəfələrlə mənəviyyatımızın ağrılarından danışmışıq. İndiki halda cavan oğlanların dodaq dolğusu etmələri, süni saqqal qoymaları, bığ çəkdirmələri, qadın salonlarında hədsiz dərəcədə vaxt keçirmələri məndə xeyli narahatlıq yaradır. Sifətdə burun əyridirsə, bunu cərrahiyyə yolu ilə aradan qaldırmaq, üzdə ziyil çıxıbsa, tibbi nöqteyi-nəzərdən əməliyyat etmək olar. Lakin süni surətdə sir-sifətini dəyişib, özünü qadına oxşatmaq kişiliyə yaraşan şey deyil. İnsan birinci özündən, sonra başqalarından öyrənir. Cavan oğlanlar da birinci özlərində kişiliyi tərbiyə etməlidirlər. Bu o qədər böyük, kompleks məsələdir… Milli Məclisdə dəfələrlə məsələ qaldırdım ki, hətta kişi müəllimlərin maaşını artırmaqla onları pensiyaya çıxarmamaq, məktəbdə saxlamaq lazımdır. Çünki uşaqlarımıza ancaq qadınlar dərs deyir. Övladlarımız qadın müəllimlərdən nə öyrənə biləcəklər? Axı heç də bütün qadın müəllimlər öz tələbələrini kişi kimi yetişdirmirlər. Onları yamsılayan uşaqlar yetişdirirlər. Toyda cavan oğlanlar qız kimi əyilib-büzülürlər, əyri-üyrü fars rəqsi oynayırlar. Bu məsələlər ailənin içindən başlayır. Valideynlər buna necə imkan verirlər? İnsanlar həmişə əyriliklərlə barışıblar. Sanki bu məsələlərlə də barışıblar. İnsanların içində ictimai etiraz ölüb. Heç olmasa ailə dəyərlərinin qorunmasına çalışmaq lazımdır. Nə qədər öyüd-nəsihətlə çıxış edirəm, amma mənə qarşı hücumlar olur. Kişidən kişi iyi gələr, qadından qadın. Qadın həyalı və gözəl olmalıdır. Kişinin vüqarı, daxili aləmi, mərdliyi, comərdliyi elə onun üzünə də, bədəninə də yansıyacaq. Təəssüf edirəm ki, bu məsələ başlı-başına buraxılıb. Cənubi Koreyada kişilərin kosmetikadan istifadəsi o qədər yayılıb ki, bunların bir səbəbini türk seriallarında görürlər. Hökumət qarşısında məsələ qaldırırlar ki, türk serialları qadağan olunsun. Bizdə isə türk serialları da, digərləri də təbliğ olunur. Heç də hamısı mənəvi cəhətdən saf deyil. Narahatlıq törədən cəhətlər də var. Bəziləri düşünürlər ki, həyatdır, qoy necə bilirlərsə, elə yaşasınlar. Dünya dəyişir, müqavimətin mənası yoxdur. Hamı düşünür ki, övlad evində öz valideynlərindən çox zəmanəsinə oxşayır, zəmanə pisləşib. Axı zəmanə şərti məfhumdur. Zəmanəni pis və yaxşı edən bizik. Biz onu gözəl, mərdanə etməli, insanlar arasında kişilik münasibətlərini möhkəmləndirməliyik. Biz yaşlanmışıq, ömrümüzün çox az hissəsi qalıb. Ancaq övladlarımızın gələcəyi barədə çox narahatam. “Qurani-Kərim”də də var, Lut qövmü bu cür biabırçılıqlarla məhv olub getdi. Dünyanın ən böyük imperiyası olan Roma kişi əxlaqsızlığından məhv oldu. Gözümüz görə-görə cəmiyyətimiz bu cür murdarlıqları əxz etməklə ailə institutu dağılır. Nigah bağlayanların, övladlarımızın  sayı azalır. Getdikcə cəmiyyətdə əyri proseslər gedir. Həmişə demişəm, bizim millət özündən başqa hamıya oxşamağa çalışır. Özümüzə oxşayaq. Qafqaz vüqarımızı, İslam mənəviyyatımızı, türk mərdanəliyimizi qoruyaq”, — o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Aprel 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri