Icma.az
close
up
RU
Tahir Kərimli: “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar”

Tahir Kərimli: “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar”

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

“Falçılıq böyük bir bəladır. Müsəlman dövlətlərində xüsusilə çoxdur. Müsəlman olmayan ölkələrdə də var, amma cadugərlik, falçılıq heç bir ölkədə bizim ölkədəki qədər inkişaf etməyib. Şərab satmaqdan qazanılan pul haramdırsa, falçılıqdan gələn pullar da haramdır. Təəssüf ki, din adından istifadə edib, cadugərliklə məşğul olurlar. Həm Cinayət Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə görə, bu cür əməllərlə məşğul olanlar, evdə “ocaq” yaradanlar məsuliyyətə cəlb oluna bilərlər. Təsadüfi deyil ki, bir müddət əvvəl məhkəmə 2 milyon mənimsəyən “falçı”nı müvafiq cəzaya məhkum edib. Lakin bu məsələnin qarşısı tamamilə alına bilmir”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

“Açıq etiraf edək ki, insanlar sovet dövründə müəyyən təhsil alırdılar, dünya hadisələrinin mahiyyətini anlayırdılar. İndi insanların çoxu oxumur, bilmir. Bilgisiz, elmsiz adamlardır. Ən dəhşətlisi budur ki, elmsiz, bilgisiz adamlar hansısa vasitələrlə böyük vəzifələrə təyin olunmaq uğrunda mübarizə aparırlar. Onlar bu işlərə aludə olmaqla cəmiyyət üçün mənfi nümunədirlər. 1980-ci illərdə Ağsu rayonunda Xalq Məhkəməsi var idi. Məhkəmədə Belarusdan olan Katya adlı qadının məsələsinə baxdıq. O, falçılıqla məşğul idi. Belarusda ağır cinayətdən məhkum olunmuşdu. Sonra dostu vasitəsilə Azərbaycana gəlmişdi. Xalqın avamlığını görərək falçılıqla məşğul olurdu. Kürdəmirdə iki qardaşı bir-birinə on ildən artıq düşmən etmişdi. Guya biri digərinə cadu edib. Buna görə üç il cəza aldı. Özü məhkəmədə açıq şəkildə dedi ki, düyüyə “qurd yağı” sürtürmüş. Tükü, qıfılı torpaqda gizlədib, camaatı inandırırdı. Yadımdan çıxmaz, ən dəhşətlisi bu idi ki, Ağsunun Bozavand kəndində qadın öz qızlarının ərə getməsindən ötrü həmin cadugərə iki dənə qızıl beşlik vermişdi. Biz ona dedik ki, Katya özü də etiraf edir, artıq görürsən, fırıldaqdır, gəl bu qızıl beşlikləri geri götür. Dedi ki, mən qorxumdan o qızılları geri götürə bilmərəm. Avamlığın, cəhalətin böyüklüyünə baxın. Xalqın içində o dərəcədə cəhalət, əyri yollarla pul qazanmaq tendensiyası yayılıb ki, xüsusilə vəzifəli şəxslər də buna aludə olanda insanlar inanırlar. Əslində isə həm mənəvi, həm dini, həm də qanuni cəhətdən falçılıq, cadugərliklə pul qazanmaq qadağandır. Belə şəxslərə ciddi cəzalar verilməli, iş aparılmalıdır. Aidiyyəti orqanlara, hüquq-mühafizə orqanlarına çağırış edirəm ki, insanların avamlığından istifadə edənlərin qarşısını alsınlar. Artıq sistemli hala keçib. Hətta elektron vasitələrdən də istifadə edirlər”, – Tahir Kərimli bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri