Icma.az
close
up
RU
Tahir Kərimli: “Nazirlər, digər vəzifəli şəxslər Ramiz Mehdiyevi görəndə “farağat” komandasında dururdular” KONKRET

Tahir Kərimli: “Nazirlər, digər vəzifəli şəxslər Ramiz Mehdiyevi görəndə “farağat” komandasında dururdular” KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Adətən bizdə şəxs, yaxud hadisə haqqında dövlət başçısı, dövlət orqanları addım atandan sonra araşdırmalar, tənqidi mülahizələr zəncirvari reaksiya kimi baş alıb gedir. Həmişə bu cür görmüşük.

Ramiz Mehdiyevlə də bağlı eyni prosesi müşahidə edirik. Ancaq Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar o qədər fərdi, sərt, məxsusidir ki, bu ittihamları xalq və digərləri bilməyə də bilərdi. Məsələn, dövlətə xəyanəti xalq konkret şəkildə bilməyə bilər. Heç mən də bilmirəm. Əvvəllər bu, vətənə xəyanət idi. Lakin biz o zaman qərar verdik ki, vətənə xəyanət daha ciddi məfhumdur. Bunu dövlətə xəyanətlə əvəz etdik. Bu hökm sübuta yetiriləndə cinayətkarlar ölüm hökmünə belə düçar olurdular. Yaxud dövlət çevrilişi ilə bağlı. Yəni məxsusidir. Kimisə qınamaq olmaz ki, niyə əvvəlcədən bunları işıqlandırmamısan? Korrupsiya əməlləri ilə bağlı verilən ittihamlar Ramiz Mehdiyevin və bu gün həbsdə olanların, olmayanlarınn geniş fəaliyyət göstərdikləri monopoliya ilə məşğul olmaları hər kəsə aydındır. Bu o qədər geniş və əhatəlidir ki, ayağını-başını yığıb-yığışdırmaq olmur. Görürsən ki, hansısa bir korrupsiya şəbəkəsinin həlqəsinə qarşı nəsə edirsən, ictimai qınaq, yaxud hüquqi təqib olur, digəri qalır. Məsələn, Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyi tenderlərini verdiyi şirkətlərdən biri “Şərq-Qərb” ASC-dir. Şirkət Ramiz Mehdiyevə məxsusdur. Vaxt tapıldıqca bunlarla məşğul olunacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

“Çox ehtiyatlı olmaq lazımdır. Təsəvvür edin ki, mənim özüm barədə nələr deyirlər. Guya Ramiz Mehdiyev barədə demişəm ki, müstəqil dövlət qurulmasında bu adamın müstəsna rolu olub. Sanki Ramiz Mehdiyevlə birlikdə xalq hərəkatında olmuşuq, o da mənimlə istiqlalçı deputat olub, “qol” çəkib, ya nə edib… Adama yalanı, şəri yaxanda heç olmasa həqiqətə oxşasın. Ramiz Mehdiyevlə ömrümdə bircə dəfə rastlaşmışam. Heydər Əliyev Sarayında gözləyirdik. Nazirlər, digər vəzifəli şəxslər “farağat” komandasında durmuşdular. Çünki Mehdiyev Baş nazirlə irəliləyirdi. Kimsə cürət edib gedib görüşə bilirdi, ya görüşmürdü. Mən də əziz deputat qardaşım Fərəc Quliyevlə bir yerdə dayanmışdım. Ramiz Mehdiyev gəlib bizimlə görüşdü, dedi ki, müsahibəni oxumuşam. Fərəc bəy dedi ki, görürsən, sənə əməlli başlı qiymət verir. Halbuki o zaman çoxları ölərdi ki, gedib Ramiz Mehdiyevə salam versin. Bundan başqa ömrümdə bir dəfə də olsun, bu insanla ünsiyyətim olmayıb. Ciddi rəqib olanda isə təbii ki, Ramiz Mehdiyev qarışıq hamını tənqid etmişəm. Yeri gəlmişkən deyirəm ki, çox həssas məqamdır, bu məsələ ağıllı şəkildə müzakirə olunmalıdır. Qərəz olmamalıdır, doğru, düzgünlük olmalıdır. Kampaniyaçılıq olmamalıdır. Həqiqətlər üzə çıxarmalıdır. Cinayət varsa, üzə çıxarılaraq cəzası verilməlidir”, – o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri